beynalxalqictimainazaret.az

İlham Əliyev: "İtaliya şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcək"

Tarix:13-04-2021, 12:46
Baxış Sayı:190

İlham Əliyev: "İtaliya şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcək"


“İtaliya bizim üçün yaxın dost və tərəfdaşdır.”
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

“İtaliyaya, bildiyimiz kimi, xüsusilə Ermənistanı dəstəkləyən qüvvələrin olduğu Avropa İttifaqı ailəsində münaqişənin həlli ilə bağlı ifadə edilməsi heç də həmişə asan olmayan bir yanaşmanı ifadə etdiyinə görə minnətdarıq. Siyasi əlaqələrimiz əla səviyyədədir. Münaqişədən sonrakı dövrdə İtaliya nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri tərəfimizdən daha bir dəstək əlaməti olaraq qəbul edilir. Azad edilmiş ərazilərin yenidən qurulması planlarının ilk günündən biz İtaliya şirkətlərini səfirlik vasitəsilə iştirak etməyə dəvət etdik”, - dövlət başçısı deyib.

O, İtaliyanın əvvəllər də Azərbaycanda müxtəlif sahələrdə layihələr həyata keçirdiyini qeyd edib: “Biz İtaliya şirkətlərinin Azərbaycanda iştirakını artırmaq istəyirik”.

Onun sözlərinə görə, İtaliya şirkətləri artıq muzeylərin və müharibə memoriallarının təşkili layihəsində iştirak etməyə dəvət olunublar, başqa bir sahə də elektrik enerjisi istehsalı olacaq.

"İnkişaf üçün kənd gəncləri ilə birlikdə" layihəsinin icrasına başlanılıb
"İnkişaf üçün kənd gəncləri ilə birlikdə" layihəsinin icrasına başlanılıb
Rəşad Musayev: Xalqın tarixində şərəfli bir səhifə
Rəşad Musayev: Xalqın tarixində şərəfli bir səhifə
Anar Qarayev: 20 Yanvar - Müstəqillik uğrunda tarixi dönüş nöqtəsi
Anar Qarayev: 20 Yanvar - Müstəqillik uğrunda tarixi dönüş nöqtəsi
Ramal Məmmədov: 20 Yanvar faciəsi - xalqımızın mübarizə əzmini əks etdirən qəhrəmanlıq səhifəsi
Ramal Məmmədov: 20 Yanvar faciəsi - xalqımızın mübarizə əzmini əks etdirən qəhrəmanlıq səhifəsi
Teymur müəllim: 20 Yanvar hadisələri - Azadlıq və müstəqillik yolunun başlanğıcı
Teymur müəllim: 20 Yanvar hadisələri - Azadlıq və müstəqillik yolunun başlanğıcı
Mehman Həkim: 20 Yanvar müstəqilliyə gedən yolun başlanğıcıdır
Mehman Həkim: 20 Yanvar müstəqilliyə gedən yolun başlanğıcıdır
Dilqəm Həkim: 20 yanvar -şanlı tariximizin başlanğıcı kimi
Dilqəm Həkim: 20 yanvar -şanlı tariximizin başlanğıcı kimi
Anar Tağıyev: 20 Yanvar Faciəsi: Azərbaycan Xalqının Tarixində Faciəvi Amma Şanlı Bir Hadisə
Anar Tağıyev: 20 Yanvar Faciəsi: Azərbaycan Xalqının Tarixində Faciəvi Amma Şanlı Bir Hadisə