beynalxalqictimainazaret.az

Azərbaycanın tikinti sektoru Qarabağın hesabına böyüyəcək - “Global Data”

Tarix:10-03-2021, 10:19
Baxış Sayı:331



2018-2019-2020-ci illərdə müvafiq olaraq 8,8%, 6,1% və 15,2% kiçilmiş Azərbaycanın tikinti sektoru Qarabağda aparılan bərpa və yenidənqurma işləri hesabına 2021-ci ildə 9,1%, 2022-2025-ci illərdə isə hər il 4,4% böyüyəcək.

"Report" xəbər verir ki, bu proqnozla Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “Global Data” konsaltinq şirkəti çıxış edib.

Şirkət son 3 ildəki geriləməni əsasən neft qiymətlərinin azalması, koronavirus pandemiyası ilə izah edib.

"Azərbaycan hökuməti bu il Qarabağda görüləcək işlərə 1,3 milyard ABŞ dolları xərcləməyi planlaşdırır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bölgədə 2 661 km yolun təmir ediləcəyini və yaxud yenidən qurulacağını açıqlayıb", - deyə şirkətin açıqlamasında qeyd olunub.

"Azərbaycan hökuməti ölkə iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşunu artırmağı, bu investisiyaların ümumi daxili məhsuldakı (ÜDM) xüsusi çəkisini 2,6%-dən 4%-ə çatdırmaq və bununla da qeyri-neft sektorunu gücləndirməyi planlaşdırır", - deyə "Global Data"nın iqtisadçısı Deni Riçards bildirib.

Təbriz Eyyubov: Prezident İlham Əliyev – Güclü Liderlikdən Böyük Zəfərə Aparan Yol
Təbriz Eyyubov: Prezident İlham Əliyev – Güclü Liderlikdən Böyük Zəfərə Aparan Yol
Musa müəllim: İlham Əliyev – Güclü Dövlətin Qurucusu və Xalqın Güvən Ünvanı
Musa müəllim: İlham Əliyev – Güclü Dövlətin Qurucusu və Xalqın Güvən Ünvanı
Şəhriyar müəllim: Prezident İlham Əliyev – Güclü Dövlətin və Qalib Xalqın Lideri
Şəhriyar müəllim: Prezident İlham Əliyev – Güclü Dövlətin və Qalib Xalqın Lideri
Tural Məmmədov: İlham Əliyevin rəhbərliyi ilə güclənən Azərbaycan və xalqın Prezidentinə sonsuz inamı
Tural Məmmədov: İlham Əliyevin rəhbərliyi ilə güclənən Azərbaycan və xalqın Prezidentinə sonsuz inamı
İnsan Həyatına Həsr Olunan Ağ Xalatlı Missiya — Dr. Könül Abidovanın Şəfqət və Vətənə Bağlılıq Yolundan
İnsan Həyatına Həsr Olunan Ağ Xalatlı Missiya — Dr. Könül Abidovanın Şəfqət və Vətənə Bağlılıq Yolundan
Lənkəranda İnsanlara Yaxın İdarəçilik və Dövlətə Sədaqətin Təcəssümü
Lənkəranda İnsanlara Yaxın İdarəçilik və Dövlətə Sədaqətin Təcəssümü
Meşələri Qoruyan Vicdan və İnsanlara Dəyər Verən İdarəçilik
Meşələri Qoruyan Vicdan və İnsanlara Dəyər Verən İdarəçilik
Tikintidə Etibarın və İnsanlıq Dəyərinin Ünvanına Çevrilən Ramil Müəllim
Tikintidə Etibarın və İnsanlıq Dəyərinin Ünvanına Çevrilən Ramil Müəllim