Moskvada fitness klubunda törədilmiş qətldə şübhəli bilinən şəxs saxlanılıb.
APA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi rəhbərinin köməkçisi Yuliya İvanova bildirib.
“Moskvanın şimal-qərbindəki bir idman salonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. Onun gizləndiyi evdə axtarışlar aparılır”, - deyə İvanova əlavə edib.
Qeyd edək ki, Moskvanın şimal-qərbindəki yaşayış kompleksində yerləşən bir fitness klubunda Azərbaycan əsilli kriminal avtoritet Albert Rıjiy kimi tanınan Əli Heydərov öldürülüb.