Ərinə xəyanətini görün necə ört-bastır etmək istədi - BAKIDAKI QANLI CİNAYƏTİN TƏFƏRRÜATI - VİDEO
Tarix:6-04-2021, 14:44
Baxış Sayı:112
Bakıda ərini qətlə yetirməkdə təqsirli bilinən Şahanə Fəxrətovanın cinayət işi. Hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. 1986-ci il təvəllüdlü Ruslan Fəxrətovun boğazını bıçaqla kəsərək intihar etməsi və qanaxmadan dünyasını dəyişməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq araşdırmaları zamanı hadisənin intihar deyil, qətl olduğu ortaya çıxıb.
Məlum olub ki, o, arvadı Fəxrətova Şahanə Məstalı qızı tərəfindən boğazı kəsilərək qətlə yetirilib.
Hadisədən 6 ay sonra Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Şahanə Fəxrətova şübhəli şəxs qismində saxlanılıb.
İş üzrə dindirilmiş Şahanə Fəxrətova ifadəsində bildirib ki, iyulun 14-ü axşam saatlarında əri ilə birlikdə oğlunu yaxınlıqda yaşayan çöpçüyə aparıblar. Bir neçə saat sonra oradan qayıdanda Ruslan onları evə göndərib özü isə dostları ilə görüşməyə gedib: " Axşam saat 12-nin yarısı idi yoldaşım gəldi evə bir az yemek yeyib yatdıq. Səhər uşağın ağlamaq səsinə oyanıb durdum ona yemək verməyə. Mətbəxdə yemək hazırlayıb uşağa yemək yedizdirirdim Ruslan qapını açıb dedi ki, uşağa yemək yedizdirəndən sonra gəl yanıma. Gəldim qonaq otağına Ruslan oturmuşdu, ayağa qalxıb dedi ki, mənə deyiblər ki, sən mənə xəyanət eləmisən. Dedim yalan söhbətdi elə bir şey yoxdu. Bundan sonra Ruslan balışın altından mətbəx bıçağını götürüb dedi səni öldürəcəm".
Şahanə Fəxrətova ifadəsinin davamında bildirib ki, bu söhbətdən sonra qapıdan çıxıb gedən zaman hiss edib ki, Ruslan onun arxasınca gəlmir. Məqsədim qaçıb qayınatam və qayınanama xəbər vermək idi: "Hiss elədim ki, bu mənim arxamca gəlmir. Qayıdıb gördüm ki, Rulan oturub əlində boğazına tutub. O biri əlindən də bıçaq düşdü yerə. Mən qorxdum tez yaxınlaşdım Ruslana gördüm boğazından qan axır. Qaçıb qayınanam dedim ki, Rusalanı qan aparır. Qayınatamda getdi təcili tibbi yardım çağırmağa. Ruslan ayağa qalxmaq istəyəndə yıxıldı anasının quçağına. Sonra həkimlər gəlib dedilər ki, artıq keçinib".
Fəxrətova daha sonra bildirib ki, bıçağın tiyəsini çarpayının qabağından götürüb dəstəyi ilə bir yerdə pəncərədən çölə atıb. Bıçağı gölə atmağının səbəbini özü də bilmir. Ruslan öldüyünə görə onu tutacaqları halda uşaqlarının sahibsiz qalacağını fikirləşib.