beynalxalqictimainazaret.az

"Xətai" stansiyasında sərnişinlərə təhlükə: Polis xəbərdarlıq etdi

Tarix:2-06-2021, 12:01
Baxış Sayı:102

"Xətai" stansiyasında sərnişinlərə təhlükə: Polis xəbərdarlıq etdi


Bu gün səhər saatlarında "Bakı Metropoliteni"nin "Şah İsmayıl Xətai" stansiyasındakı eskalatorların birində nasazlıq yaranıb.
"Şahidlər Report-a bildirib ki, hərəkətdə olan eskalatorun qəfildən dayanması sərnişinlərin həyatı üçün təhlükə yaradıb.

 
Bu zaman eskalatorda olan polislər bələdçilərə xəbərdarlıq edərək eskalatorun işlək vəziyyətə gətirilməməsini tələb ediblər.
 
Xəbərdarlığa baxmayaraq, eskalator yenidən işlək vəziyyətə gətirilib və təkrar dayandırılıb. Polisin xəbərdarlığı və eskalatorun yenidən işə düşməsi daha bir dəfə təkrarlanıb. Bu isə sərnişinlər arasında yenə də narahatlığa səbəb olub. Beləliklə, eskalatorun işlək vəziyyətə gətirilməsi bir neçə dəfə təkrarlansa da, hərəkət etməyib. Nəticədə sərnişinlərin bir qismi metrodan bayıra piyada çıxmalı olub.
 
Qeyd edək ki, "Şah İsmayıl Xətai" stansiyasının eskalatorlarında oxşar hal iyunun 1-də və metronun açıq olduğu əvvəlki vaxtlarda da dəfələrlə müşahidə olunub.

Niyazi Bayramov şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir
Niyazi Bayramov şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir
Rəşid Yusifov: Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir
Rəşid Yusifov: Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir
Ramiz Hümmətov: Operativ, qərəzsiz və dürüst
Ramiz Hümmətov: Operativ, qərəzsiz və dürüst
Azərbaycan Dövlət Aqrar Universitetində Zəfər Günü ilə əlaqədar tədbir keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetində Zəfər Günü ilə əlaqədar tədbir keçirilib
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elməddin Cəfərovun diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elməddin Cəfərovun diqqətindədir
Nadir Rzayev: Ümummilli Liderin möhtəşəm əsəri
Nadir Rzayev: Ümummilli Liderin möhtəşəm əsəri
Hacı Mir Rahib Babayev: Cümə xütbəsi
Hacı Mir Rahib Babayev: Cümə xütbəsi
Laçının Çıraqlı kənd tam orta məktəbində Heydər Əliyev ili çərçivəsində tədbirlər uğurla davam etdirilir
Laçının Çıraqlı kənd tam orta məktəbində Heydər Əliyev ili çərçivəsində tədbirlər uğurla davam etdirilir