ABŞ-da koronavirusa bağlı yeni araşdırma aparılıb.
"Daily Mail" xəbər verir ki, Lusiana Sinus və Burun Ekspertləri Mərkəzi dadbilmə ilə koronavirusa arasındakı əlaqəni müəyyənləşdirmək üçün 2 min nəfər arasında eksperiment aparıb.
Araşdırma zamanı acı tamı sevməyənlər, acı dadlara meyilli insanlar və acıya normal meyilli insanların olduğu 3 qrup koronavirus testindən keçirilib.
Araşdırma nəticəsində acı dada həssas olan insanların virus səbəbiylə xəstəxanalıq olma ehtimalının az olduğu ifadə edilib.
Araşdırmanın detalları "Jama Network Open" jurnalında yayımlanıb.