beynalxalqictimainazaret.az

Bakı sakini borca görə pensiyaçını öldürdü: "Əvvəl ürəyim gəlmədi..."

Tarix:7-05-2021, 13:04
Baxış Sayı:143

Bakı sakini borca görə pensiyaçını öldürdü: "Əvvəl ürəyim gəlmədi..."


Bakıda kişi borca görə pensiyaçını çəkiclə öldürüb.
“Ölkə.Az” xəbər verir ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan 1960-cı il təvəllüdlü Viktor Lituxinin baş nahiyəsində xəsarət olan və qismən çürüməyə məruz qalmış meyiti mənzilində tapılıb.

Araşdırmalar zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Xalıqov tərəfindən tamah məqsədilə çəkiclə qətlə yetirilməsi müəyyən edilib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Xalıqov tutulub.

İş üzrə dindirilən Rövşən Xalıqov ifadəsində bildirib ki, Lökbatan qəsəbəsində kirayədə qaldığı evin kirayə pulunu toplaya bilməyib. Ev sahibi pulu istədikdə, ona bir neçə gün möhlət verməsini xahiş edib. Rövşən ödəniş etmək üçün pul tapmaq barədə düşünüb. Onun ağlına Viktor Lituxin gəlib. Belə ki, Lituxinin uzun illər işıq idarəsində işlədiyini və buna görə yaxşı təqaüd almasını güman edib.

Hadisə baş verən günə qədər Rövşən 3 dəfə Lituxinin evinə gedib. Həmişə özü ilə çəkic götürüb. Viktor qapını açdıqda ona baş çəkdiyini deyib. İçəri girəndə isə onu öldürməyə ürəyi gəlməyib.

Sonuncu dəfə yoldaşına kirayə pulunu tapa bilmədiyini və buna görə Viktoru öldürmək qərarına gəldiyini söyləyib. Qadın eşitdiklərinə inanmayıb və onu buna görə danlayıb.

Bir neçə gün sonra ev sahibi gələrək onlara saat 22-yə qədər vaxtlarının olduğunu, pulu verməyəcəkləri təqdirdə evi boşaltmalarını bildirib.

Xalıqov Viktorun yaşadığı binanın blokuna daxil olanda onu heç kim görməyib. Qapını açan qocaya Rövşən işdən gəldiyini deyib. Qonaq otağında divanla üzbəüz stulda oturub ev sahibi isə divanda oturub:

“Bir az hal-əhval tutduq söhbət elədik. Sonra dedim mənə ayaqyolunun yolunu göstər. Elə dəhlizə çıxmışdıq belimdən çəkici çıxartdım başının arxasına 3 dəfə zərbə vurdum. Viktor yıxıldı yerə mən də hamama girib əllərimi yudum. Gördüm artıq qoca ölüb. Pencəyinin cibindən 200 manat, kitab rəfindən 60 manat pul birdə pensiya kartını götürüb çıxdım”.

"Ölkə.Az" xəbər verir ki, Rövşən Xalıqov ifadəsinin davamında bildirib ki, xəstəxananın yanında çəkici və evdən götürdüyü telefonu tullayıb.

Evlərinə gələrək hadisə barədə yoldaşına danışıb sonra isə arvadı və qızı ilə birlikdə Azneft dairəsinə yollanıb. Kartı bankamata salıb balansda pulun olmadığı görəndən sonra geriyə evə qayıdıblar.

Lituxinin evindən götürdüyü pulla kirayə pulunu ödəyib qalan məbləğə isə evə bazarlıq eləyib. Bir neçə gün sonra isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə prosesi zamanı Rövşən Xalıqov ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli iş üzrə toplanmış şahid ifadələri, üzləşdirmə, ekspertiza rəyləri və digər əhəmiyyət kəsb edən istintaq materialları ilə sübuta yetirilib.

Sonda məhkəmənin hökmü ilə Rövşən Xalıqov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Кянан Сеидов встретился с командующим Сухопутными войсками Турции ФОТО
Кянан Сеидов встретился с командующим Сухопутными войсками Турции ФОТО
Fazil Rüstəmov: İctimai Xidmətin Peşəkar Rəhbəri
Fazil Rüstəmov: İctimai Xidmətin Peşəkar Rəhbəri
Seymur Orucov: İnkişafın və Yeni Uğurların Rəhbəri
Seymur Orucov: İnkişafın və Yeni Uğurların Rəhbəri
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib