beynalxalqictimainazaret.az

Ermənistan ən unudulmaz dərsini aldı

Tarix:29-04-2021, 12:36
Baxış Sayı:112

İllər boyu terrorçu qövm tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb. Nankor qonşu dövlət havadarlarının köməyilə müstəqilliyimizin qarşısını almağa cəhd eləyib. 

30 ilə yaxın idi ki, işğalçı Ermənistanın mənfur siyasətindən əziyyət çəkirdik. 20 faiz torpaqlarımız zəbt edilmiş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü... 

Azğın düşmən torpaq­larımızı tərk etməyərək, bədxah niyyətini davam etdirir, yeni ərazilər iddiası ilə bütün prinsipləri kobudcasına poz­urdu. Dəfələrlə cəbhəboyu təxribatlar törədir, hərbi qulluqçularımızı və mülki sakinləri qətlə yetirilirdi. Hisslərimizlə oynayıb Şuşada qondarma parlament və prezident “andiçmə”si təşkil edirdilər.

Ötən il sentyabrın 27-də yenidən Ermənistan ordusu beynəlxalq hüquq normalarını pozaraq, bir neçə istiqamətdən dinc yaşayış məntəqələrimizə, hərbi mövqelərimizə hücum etdi. Təhlükəsizliyimizi təmin etmək məqsədilə əks-hücum əməliyyatı həyata keçirərək, işğal altın­da olan torpaqlarımızın azad edilməsinə qalxdıq. Qüdrətli Ordumuz qarşısın­da aciz qalan düşmənlərimiz münaqişəyə üçüncü dövlətləri cəlb etmək istəsələr də, döyüş bölgəsindən xeyli uzaqda yerləşən yaşayış məntəqələrimiz ağır artilleriyadan, istifadəsi qadağan silahlardan intensiv atəşə tutsalar da son olaraq arzuları gözlərində qaldı.

Çünki torpaqlarımızın azad edilməsi dövlət siyasətimizin prioriteti idi. Odur ki, əsas strateji xətt bu problemin həllinə, Ermənistanın işğalçılıq siyasətinə yönəldilmişdi. Heç zaman  beynəlxalq təşkilatların ikili standartları ilə razılaşmadıq. Siyasi proseslərlə yanaşı ölkəmizin hərbi qüdrətini artırmağa müvəffəq olduq.

Qarşı tərəf elə zənn edirdi ki, Azərbaycan susacaq, işğal faktı ilə barışacaq. Amma düşmənin iddiaları alt-üst oldu. Ali Baş Komandanın rəhbərliyilə Müzəffər Ordumuz beynəlxalq təşkilatların bacarmadığı işi özü həll etdi. 44 günlük Vətən müharibəsi ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. 

Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında qeyd etdiyi kimi: “Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır.

 

Elşən Əmrahov, 
 Masallı rayonunun Ərkivan qəsəbəsində məskunlaşan, Şuşa rayonunun Xanalılar kənd sakini.

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır