beynalxalqictimainazaret.az

Ədalət xanım Camalov: 2 saylı orta məktəbdə pedaqoji kollektivin gərgin əməyi və birgə səyləri ilə neçə-neçə uğura imza atılıb

Tarix:10-03-2021, 23:54
Baxış Sayı:441


Xırdalan şəhər 2 saylı orta məktəbin direktoru Ədalət xanım Camalova - Ulu öndərin davamçısı İlham Əliyev bu islahatları layiqincə davam etdirir. Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin ətrafında insanlar sıx toplaşmağa başlayırlar. Həmin dövrdə YAP-in sıralarına minlərlə insan üzv oldu.

1993-cü ildə YAP hakimiyyətə gəldi.YAP-ın hakimiyyətə gəlişi ilə Ulu öndər Heydər Əliyev Azərbaycanı çətin vəziyyətdən çıxartdı,yeni ordu islahatları həyata keçirdi,atəşkəs elan etdi.Azərbaycanın iqtisadi və sosial inkişafı üçün müəyyən strateji planlar həyata keçirdi.

Ulu öndərin davamçısı İlham Əliyev bu islahatları layiqincə davam etdirir. 44 günlük Vətən müharibəsi zamanı xalq bir yumruq olaraq , İlham Əliyevin ətrafında birləşərək canlarını qurban verməsi buna gözəl sübutdur.Canlarını vətənin azadlığı uğrunda qurban verən şəhidlərin ruhu qarşısında baş əyirik.

Qələbəmiz xalqın seçdiyi partiyaya olan etimadını daha da gücləndirdi.

2021-ci il martın 5-də YAP-ın VII qurultayında 6 siyasi partiya YAP-a etimad göstərib onun ətrafında birləşdi. Siyasi partiyaların tarixində ilk haldır ki,digər partiyalar bir partiyanın ətrafında sıx birləşir.

Qurultayda YAP-ın sədri İlham Əliyev,partiyanın 1-ci müavini isə vitse-prezident Mehriban Əliyeva yekdil səslə seçilmişdir.Onu da qeyd edək ki, YAP Qafqazda yeganə ən böyük partiyadır.Ona bu yolda uğurlar arzulayırıq.
 

Abşeronun qabaqcıl təhsil ocaqlarından sayılan Xırdalan şəhər 2 nömrəli tam orta məktəb öz qapılarını 52 il əvvəl şagirdlərin üzünə açıb. Bu illər ərzində pedaqoji kollektivin gərgin əməyi və birgə səyləri ilə neçə-neçə uğura imza atılıb. Ötən dərs ilində isə məktəb ikinci dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.Məktəbin ən böyük uğuru onun yetirmələridir. Abşeronda sayılıb-seçilən nüfuzlu ziyalıların böyük bir hissəsi vaxtilə məhz bu məktəbdə oxuyub. Onların arasında tanınmış alim, mühəndis, müəllim, psixoloq, həkim, iqtisadçı və digər peşə sahibləri də var.
Ədalət Camalova Xırdalan şəhər 2 saylı məktəbə təyinat aldığı gündən məktəbin fəaliyyətində mühüm dönüş yaranıb. Son üç ildə məktəbin ali məktəblərə qəbul üzrə göstəriciləri respublika və rayon göstəricilərindən yüksək olub. 600-dən yuxarı balla tələbə adını qazananların sayı ilbəil artır.
Hazırda məktəbdə  şagirdlərin təlim-tərbiyəsi ilə 370-ə yaxın müəllim məşğul olur. Təhsil elə bir sahədir ki, burada dövlətin qayğısı və əməli fəaliyyət mühüm rol oynayır, müəllim əməyi, müəllim biliyi, pedaqoji ustalıq tələb olunur. Məhz qazanılan uğurlarda müəllimlərin də əməyi danılmazdır. Məktəbdə dərsdən sonra da şagirdlərin hazırlığı ilə məşğul olmaq üçün onları fakültativ məşğələlərə cəlb etmək diqqətdə saxlanılır. Təhsil ocağının pedaqoji kollektivi şagirdlərin adlarının tələbələr sırasında olması üçün var qüvvəsi ilə çalışır. Bir məsələni də xüsusi qeyd edək ki, müəllimlər şagirdlərin milli dəyərlərə, yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik, dünyagörüşlü gənclər kimi yetişmələrinə ciddi önəm verirlər.
Məktəbin direktoru Ədalət Camalova deyir ki, dünyanın heç bir ölkəsində məktəb binaları Azərbaycanda olduğu kimi sürətlə, ən müasir tələblər səviyyəsində inşa olunmur, müasir avadanlıqlarla təchiz edilmir. Təhsilin inkişafı gənclərin gələcəyə hazırlanması deməkdir. Əgər Abşeron rayonunda təhsilin inkişafı üçün bu qədər tədbirlər görülürsə, yeni məktəb binaları tikilirsə, məktəblərin maddi-texniki bazası möhkəmləndirilirsə, biz müəllimlər də yaradılan şərait müqabilində vətənpərvər, təhsilli, yüksək intellektual səviyyəyə malik gənclər yetişdirməliyik. O, rəhbərlik etdiyi məktəbdə qazanılan uğurların səbəblərinin həm də məktəb kollektivinin işinə məsuliyyəti ilə izah edir. Bildirir ki, dövlət qayğısı, yaradılan şərait və tədris işinə məsuliyyət hissi məktəbdə vəhdət təşkil edir. “Əldə edilən nəticələrin artırılmasında məktəbdənkənar tədbirlərin, xüsusilə test-sınaq imtahanlarının obyektiv formada keçirilməsinin böyük əhəmiyyəti var. Hər sınaq imtahanının nəticələri valideyn və müəllimlərlə birgə müzakirə olunur.
Xırdalan şəhər 2 saylı orta məktəbin direktoru Ədalət xanım Camalov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən direktordur.
Prezident İlham Əliyevdən nümunə götürən Ədalət xanım Camalovnın böyüklüyü onun sadəliyində və tələbələrə insani münasibətindədi!
Ədalət xanım Camalov tələbələrə maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Ədalət xanım Camalova bu vəzifəyə gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu vəzifəyə olmasını istəyiblər…
Ədalət xanım Camalov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır