beynalxalqictimainazaret.az

Mehriban xanım Əliyevanın gördüyü işlər humanizm prinsiplərindən qaynaqlanır

Tarix:6-03-2021, 14:42
Baxış Sayı:559

R.G.Xəlilov
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı
Bütün bunlar Mehriban xanım Əliyevanın bir insan, şəxsiyyət və dövlət xadimi kimi necə yüksək keyfiyyətlərə malik olduğunu sübut edir. Deyilənlərlə yanaşı, Azərbaycan üçün həyati əhəmiyyətli hadisələr sırasında Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də xüsusi yer tutur. Bu təyinat həm Mehriban xanımın şəxsi həyat fəaliyyətində, həm də Azərbaycan dövlətçiliyinin inkişafında ciddi bir hadisədir.
 Məlumdur ki, vitse-prezidentlik institutu dünyanın bir sıra inkişaf etmiş ölkələrində mövcuddur. Azərbaycanda bu idarəetmə institutunun məhz indi tətbiq edilməsi əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu müstəqil dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi əlamətidir. Şübhə yoxdur ki, vitse-prezidentlik institutu ölkəmizdə dövlət idarəçiliyini yeni səviyyəyə yüksəltməyə xidmət edəcəkdir. Dövlət başçısının bütün sahələrdə həyata keçirdiyi strateji əhəmiyyətli islahatların daha çevik və yüksək səmərəliliklə həyata keçəcəyinə böyük əminlik vardır. Azərbaycan xalqı bilir ki, dövlətimizin inkişafı etibarlı əllərdədir. Mehriban xanım Əliyeva da artıq Birinci vitse-prezident kimi bu istiqamətdə böyük işlər görür.
Mehriban xanımın Birinci vitse-prezident olması Azərbaycanda qadınların idarəetmədə geniş təmsil olunmalarının konkret göstəricilərindən biridir. Bütün dünya görür ki, ölkənin uğurla idarə edilməsində yüksək intellekt və ədalət nümunəsi olan azərbaycanlı qadın son dərəcə fəal iştirak edir. Bu sahədə Azərbaycanın birinci xanımı bir nümunə kimi qəbul edilə bilər.
Birinci vitse-prezident kimi, Mehriban xanım siyasi idarəetməyə daha çox bağlı olan şəxsə çevrilib. Şübhəsiz ki, bu günə qədər Mehriban xanımın topladığı təcrübə, həyata keçirdiyi böyük layihələr onun artıq idarəetmədə də çox yüksək hazırlıqlı olduğunu göstərir. Bu bağlılıqda çox əhəmiyyətli bir məqamı da qeyd etməliyik. Məsələ ondan ibarətdir ki, Mehriban xanım Əliyeva Azərbaycanın “ağıllı güc”ünü təmsil edən şəxsiyyətlərdəndir. İndi dünyanın yüksək inkişaf etmiş dövlətləri üçün "ağıllı güc" faktoru aparıcı rol oynayır. Mehriban xanım da bütün fəaliyyəti boyu elm, mədəniyyət, incəsənət, humanizm, xeyriyyəçilik, şəfqətlilik kimi sahələrdə çox aktivlik göstərib. Azərbaycanın birinci xanımı həm elmi dərəcəyə malikdir, həm də öz fəaliyyətində rasionallığı başlıca prinsiplərdən biri kimi tətbiq edir.
Məhz bütün bu kimi keyfiyyətlərə görə Mehriban xanımın Azərbaycanın dünyada yüksək və qədim mədəniyyətə, müasir demokratik və ədalətli idarəetmə metoduna malik müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri var. Tam əminik ki, Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva bundan sonra da var gücü ilə Azərbaycanın müstəqil dövlətçiliyi, millətin sosial-mədəni inkişafı, milli dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi naminə çalışacaq.
Bütün bunlar Mehriban xanım Əliyevanın bir insan, şəxsiyyət və dövlət xadimi kimi necə yüksək keyfiyyətlərə malik olduğunu sübut edir. Deyilənlərlə yanaşı, Azərbaycan üçün həyati əhəmiyyətli hadisələr sırasında Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də xüsusi yer tutur. Bu təyinat həm Mehriban xanımın şəxsi həyat fəaliyyətində, həm də Azərbaycan dövlətçiliyinin inkişafında ciddi bir hadisədir. Məlumdur ki, vitse-prezidentlik institutu dünyanın bir sıra inkişaf etmiş ölkələrində mövcuddur. Azərbaycanda bu idarəetmə institutunun məhz indi tətbiq edilməsi əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu müstəqil dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi əlamətidir. Şübhə yoxdur ki, vitse-prezidentlik institutu ölkəmizdə dövlət idarəçiliyini yeni səviyyəyə yüksəltməyə xidmət edəcəkdir. Dövlət başçısının bütün sahələrdə həyata keçirdiyi strateji əhəmiyyətli islahatların daha çevik və yüksək səmərəliliklə həyata keçəcəyinə böyük əminlik vardır. Azərbaycan xalqı bilir ki, dövlətimizin inkişafı etibarlı əllərdədir. Mehriban xanım Əliyeva da artıq Birinci vitse-prezident kimi bu istiqamətdə böyük işlər görür.
Mehriban xanımın Birinci vitse-prezident olması Azərbaycanda qadınların idarəetmədə geniş təmsil olunmalarının konkret göstəricilərindən biridir. Bütün dünya görür ki, ölkənin uğurla idarə edilməsində yüksək intellekt və ədalət nümunəsi olan azərbaycanlı qadın son dərəcə fəal iştirak edir. Bu sahədə Azərbaycanın birinci xanımı bir nümunə kimi qəbul edilə bilər.
Birinci vitse-prezident kimi, Mehriban xanım siyasi idarəetməyə daha çox bağlı olan şəxsə çevrilib. Şübhəsiz ki, bu günə qədər Mehriban xanımın topladığı təcrübə, həyata keçirdiyi böyük layihələr onun artıq idarəetmədə də çox yüksək hazırlıqlı olduğunu göstərir. Bu bağlılıqda çox əhəmiyyətli bir məqamı da qeyd etməliyik. Məsələ ondan ibarətdir ki, Mehriban xanım Əliyeva Azərbaycanın “ağıllı güc”ünü təmsil edən şəxsiyyətlərdəndir. İndi dünyanın yüksək inkişaf etmiş dövlətləri üçün "ağıllı güc" faktoru aparıcı rol oynayır. Mehriban xanım da bütün fəaliyyəti boyu elm, mədəniyyət, incəsənət, humanizm, xeyriyyəçilik, şəfqətlilik kimi sahələrdə çox aktivlik göstərib. Azərbaycanın birinci xanımı həm elmi dərəcəyə malikdir, həm də öz fəaliyyətində rasionallığı başlıca prinsiplərdən biri kimi tətbiq edir.
Məhz bütün bu kimi keyfiyyətlərə görə Mehriban xanımın Azərbaycanın dünyada yüksək və qədim mədəniyyətə, müasir demokratik və ədalətli idarəetmə metoduna malik müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri var. Tam əminik ki, Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva bundan sonra da var gücü ilə Azərbaycanın müstəqil dövlətçiliyi, millətin sosial-mədəni inkişafı, milli dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi naminə çalışacaq.

Yalnız səmimi vətənpərvərlik hissi, vətən sevgisindən qaynaqlanan təmənnasız pak hislər insanı kamilləşdirir, xalqının və dövlətinin gələcək inkişafına təsir baxımından müstəsna əhəmiyyətli işlər görür. Bu baxımdan Birinci xanım Mehriban xanım Əliyevanın apardığı islahatlar bu gün xalqın rifah halının yaxşılaşmasına aparan nurlu yolun başlanğıcıdır ki, onun da səmərəsi göz önündədir. Böyük işlər və nəcib əməllər sahibi Mehriban xanım Əliyeva “8 Mart Beynəlxalq Qadınlar Günü”nüz mübarək! 

Təsisçi və baş redaktor: Vüqar
Tel.: 051-377-08-66 

“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edib

İşini vicdanla yerinə yetirən Sabirabad Dövlət Sosial İqtisad Kollecinin direktoru Mahir Tarıverdiyev

Namizəd İsmayılov: “Azərbaycan dövləti gənclərə diqqət və qayğısını bundan sonra daha da gücləndirəcək”

Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib

Simasızlığın dövlət səviyyəsində nümayişi: Fransa Hökuməti təxribatçı addımların yolverilməz olmasına dair rəsmi mövqeyini bildirməlidir

3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Mənım Möcüzəli Dünyam”  Tədbirimizə hər biriniz DƏVƏTLİSİNİZ

Abbasqulu Səfərov: Xalqın Yeni Azərbaycan Partiyasına inamı sonsuzdur

Polis əməkdaşları qanunun keşiyində dayanırlar