beynalxalqictimainazaret.az

Yol polisi sürücüdən rüşvət alıbmı? - DİN-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Tarix:27-03-2021, 14:25
Baxış Sayı:87

Yol polisi sürücüdən rüşvət alıbmı? - DİN-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov yol polisinin sürücüdən rüşvət alması barədə yayılan iddialarla bağlı açıqlama verib.

Onun sözlərinə görə, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının inspektorunun stasionar postda yük avtomobili sürücüsündən rüşvət alması ilə bağlı yayılan videogörüntülər aiddiyəti qurumlar tərəfindən araşdırılıb:

“İddia öz təsdiqini tapmayıb. Belə ki, mart ayının 26-da Daşkəsən rayon sakini Eşqin Ələsgərov özünə məxsus yük avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən, daşıdığı yükün qabaritinin normadan böyük olması səbəbi ilə saxlanılıb, sürücüyə pozduğu qayda pozuntusu ilə bağlı məlumat verilib. E.Ələsgərov qaiməni polis əməkdaşına təqdim edərək daşıdığı yükün çəkisinin standartlara uyğun olduğu bildirib”. 

“Sürücüyə bir daha izah edilərək yükün çəkisinin deyil, qabaritinin normadan böyük olduğu bildirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) ilə protokol tərtib edilərək 40 manat miqdarında cərimə edilib”, - deyə o əlavə edib.

***

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının sürücüdən rüşvət alması iddia edilib.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Yayımlanan videonu şərh edən şəxs polis əməkdaşının “KamAz” markalı yük avtomobilinin sürücüsündən rüşvət aldığını deyir. 

 
Görüntüləri çəkən şəxslər videonu Şəmkir rayonu ərazisində yerləşən DYP postunda lentə alındıqlarını bildiriblər.

Ələsgərov Eşqin adlı sürücü isə bildirib ki, Daşkəsən rayonundan Qazax rayonuna yük aparan zaman Şəmkir rayonu ərazisində yerləşən DYP postunda saxlanılıb:

“Artıq yük apardığım üçün cərimə yazıblar. Heç bir pul verməmişəm”.

"Ölkə.Az" xəbər verir ki, Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, yol polisinin sürücüdən rüşvət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Aparılan araşdırma nəticəsində polisin “KamAz” markalı yük avtomobilinin sürücüsündən pul alması faktı təsdiqini tapmayıb. Nəqliyyat vasitəsinin sürücüsü yük daşıma qaydalarını pozduğuna görə posta dəvət olunub, onun barəsində inzibati protokol tərtib olunub. Sürücü inzibati məsuliyyətə cəlb edilib”.

<embed src='https://player.baku.tv/embed/35693' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed>

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır