beynalxalqictimainazaret.az

Prezident xalqı təbrik etdi

Tarix:18-03-2021, 12:16
Baxış Sayı:62

Prezident xalqı təbrik etdi


Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və səadət arzulayıram.

Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda, bəşər mədəniyyətinə töhfəsidir.

Yaz bayramının Odlar diyarına builki gəlişi xüsusən əlamətdardır. Şadam ki, müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.

Xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.

İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. İnanıram ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik.

Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Bu bayram öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!

Novruz bayramınız mübarək olsun!"

“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edib
“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edib
İşini vicdanla yerinə yetirən Sabirabad Dövlət Sosial İqtisad Kollecinin direktoru Mahir Tarıverdiyev
İşini vicdanla yerinə yetirən Sabirabad Dövlət Sosial İqtisad Kollecinin direktoru Mahir Tarıverdiyev
Namizəd İsmayılov: “Azərbaycan dövləti gənclərə diqqət və qayğısını bundan sonra daha da gücləndirəcək”
Namizəd İsmayılov: “Azərbaycan dövləti gənclərə diqqət və qayğısını bundan sonra daha da gücləndirəcək”
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib
Simasızlığın dövlət səviyyəsində nümayişi: Fransa Hökuməti təxribatçı addımların yolverilməz olmasına dair rəsmi mövqeyini bildirməlidir
Simasızlığın dövlət səviyyəsində nümayişi: Fransa Hökuməti  təxribatçı addımların yolverilməz olmasına dair rəsmi mövqeyini bildirməlidir
3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Mənım Möcüzəli Dünyam”  Tədbirimizə hər biriniz DƏVƏTLİSİNİZ
3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Mənım Möcüzəli Dünyam”  Tədbirimizə hər biriniz DƏVƏTLİSİNİZ
Abbasqulu Səfərov: Xalqın Yeni Azərbaycan Partiyasına inamı sonsuzdur
Abbasqulu Səfərov: Xalqın Yeni Azərbaycan Partiyasına inamı sonsuzdur
Polis əməkdaşları qanunun keşiyində dayanırlar
Polis əməkdaşları qanunun keşiyində dayanırlar