beynalxalqictimainazaret.az

Əhməd Mirzəbəyovun rəhbərlik etdiyi 16 saylı Yol İstismar İdarəsi, sanki “feodal üsul-idarəsi” ilə idarə olunur

Tarix:9-06-2023, 10:28
Baxış Sayı:60

Əhməd Mirzəbəyovun rəhbərlik etdiyi 16 saylı Yol İstismar İdarəsi, sanki “feodal üsul-idarəsi” ilə idarə olunur


Son vaxtlar bəzi media qurumlarında Əhməd Mirzəbəyovun rəhbərlik etdiyi 16 saylı Yol İstismar İdarəsində büdcə vəsaitlərinin “levı yollar”la mənimsənilməsi, idarəyə məxsus bəzi nəqliyyat vasitələrindən yerli sakinlərə məxsus müəyyən fərdi işlərin görülməsində istifadə olunması, az sayda olsa belə “ölü canlar”ın varlığı və s. kimi səbəblər üzündən, bu idarədə “burulğanlı fırtına”nın baş verəcəyi söylənilir. Çox böyük çevrədə dolaşan söz-söhbətlərə görə, hazırda Əhməd Mirzəbəyovun rəhbərlik etdiyi 16 saylı Yol İstismar İdarəsi, sanki “feodal üsul-idarəsi” ilə idarə olunur. Əslinə baxsan, belə bir idarəçiliyin varlığına heç də təəccüblənmək lazım deyil. Çünki, bu idarə elə bil birdəfəlik Mirzəbəyov soyadını daşıyanların adına yazılmış bir idarədir. Buna da səbəb, bu söyadı daşıyanların idarədə çoxluq təşkil etmələridir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sədrlik edən Saleh Məmmədov hər şeyi lazımi səviyyədə götür-qoy edir və zamanı çatanda müvafiq qərarını da açıqlayır. Təəccüb doğuran hal ondan ibarətdir ki, son vaxtlar bəzi media qurumlarında müəyyən məqalələr yayımlanır ki, guya Əhməd Mirzəbəyov güclü idarəetmə bacarığına malik vəzifə sahibi olduğundan o, indiyə kimi bənzəri olmayan uğurlara imza atıb. Belə bir məqalələrin yayımlanmasına baxmayaraq, Qax sakinləri isə, bu şəxs haqda fərli fikirlər səsləndirirlər və hətta ara-sıra onu “topa tutmaq”dan da ehtiyat etmirlər. Çünki, Qax rayon sakinləri ilə bərabər, Əhməd Mirzəbəyovun rəhbərlik etdiyi kollektiv üzvləri daha dəqiq məlumata malikdirlər ki, bu şəxs idarəçiliyini həyata keçirərkən hansı “müştəbeh oyun qaydalarını” oynayır, büdcə vəsaitlərini və digər əmlakları hansı yollarla “tarmar edir”. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Daha ətraflı növbəti günlərdə. Odur ki, bizi izləyin.

Niyazi Bayramov şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir
Niyazi Bayramov şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir
Rəşid Yusifov: Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir
Rəşid Yusifov: Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir
Ramiz Hümmətov: Operativ, qərəzsiz və dürüst
Ramiz Hümmətov: Operativ, qərəzsiz və dürüst
Azərbaycan Dövlət Aqrar Universitetində Zəfər Günü ilə əlaqədar tədbir keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetində Zəfər Günü ilə əlaqədar tədbir keçirilib
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elməddin Cəfərovun diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elməddin Cəfərovun diqqətindədir
Nadir Rzayev: Ümummilli Liderin möhtəşəm əsəri
Nadir Rzayev: Ümummilli Liderin möhtəşəm əsəri
Hacı Mir Rahib Babayev: Cümə xütbəsi
Hacı Mir Rahib Babayev: Cümə xütbəsi
Laçının Çıraqlı kənd tam orta məktəbində Heydər Əliyev ili çərçivəsində tədbirlər uğurla davam etdirilir
Laçının Çıraqlı kənd tam orta məktəbində Heydər Əliyev ili çərçivəsində tədbirlər uğurla davam etdirilir