beynalxalqictimainazaret.az

Simasızlığın dövlət səviyyəsində nümayişi: Fransa Hökuməti təxribatçı addımların yolverilməz olmasına dair rəsmi mövqeyini bildirməlidir

Tarix:1-12-2022, 20:16
Baxış Sayı:275


Fransa Milli Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə onun ermənipərəstliyini və erməni xislətini bir daha sübut edir. Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Fransa Senatı bu qətnaməni qəbul edərək, onların mövcudluğunu maliyyələşdirən erməni lobbisinin maraqlarını güddüyünü bir daha isbatlamış oldu.

Məsələ ondadır ki, rəsmi Bakı böyük ehtimalla Fransa Milli Assambleyasının bu davranışını bağışlamayacaq. Yaxın vaxtlarda Azərbaycanın siyasi dairələri mütləq adekvat addımlarla Fransaya cavab verəcək. Hər halda, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət öncə verdiyi açıqlamalarla və qərarlarla rəsmi Bakının belə mövzulara güzəştsiz yanaşdığını gizlətməmişdi.

Fransa hökumətinin bu cür ermənipərəst qərar və addımları təkcə Azərbaycan ictimaiyyəti tərəfindən deyil, lap elə Fransanın özündə də mütərəqqi düşüncəli insanlar və siyasətçilər tərəfindən birmənalı qarşılanmır. Görün, 4 il əvvəl Fransa senatı Xarici İşlər Komitəsinin sədr müavini, senator Natali Qule nə deyir: "Hesab edirəm ki, Fransanı beynəlxalq hüquq, norma və prinsiplərə əməl etməyə və Dağlıq Qarabağdan ölkəyə səfərlərin qarşısını almağa çağırmaq lazımdır: "... Mən Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa ilə əməkdağlığı nəzərdən keçirmək qərarı ilə razıyam. Azərbaycan dəfələrlə Fransaya öz sadiqliyini sübut edib. Qarşılıq vermək vaxtı çatıb".

Cənab Makron, bunu biz demirik, fransız senatoru deyir!

Görünür, Fransaya rəhbərlik edən üzdəniraq siyasi liderlərin erməni sevgisi barədə hələ bundan belə də çox eşitməli olacağıq. Baxın elə bu E.Makronun sözləridir: "Ermənistan bizim üçün çox əzizdir. Ermənilər Fransa tarixini yaradıblar (Onda, görəsən, fransız xalqı harada imiş?), biz demək olar ki, yarımhəmyerlilərik. Ermənilər bizim tariximizin bir hissəsi və fəxr predmetidir". Bu sözlər birmənalı olaraq deməyə əsas verir ki, bəli, Makron artıq həqiqətən fransız xalqına arxa çevirib. O, dünya mədəniyyətinə çox mühüm töhfələr vermiş bir xalqı görün kimlərin quyruğuna bağlayıb. Əlbəttə, hətta prezidenti işğalçı ölkəyə, terroru dövlət siyasəti səviyyəsinə çatdıran və zaman-zaman ona-buna gah quyruq, gah da bufer olan bir dövlətcikə aşiq olduğunu açıq-aşkar bəyan edən Fransa hansı üzlə və hansı məntiqlə "sülhməramlı" ölkə olaraq Qarabağ məsələsinə dair danışıqlarda necə ədalətli mövqe tuta bilər?! Əslində, Fransanın ötən illər ərzində həmsədr ölkə olaraq sərgilədiyi mövqenin təpədən dırnağadək ədalətsiz olduğu artıq hər kəsə bəllidir. Bunu Azərbaycanda da, kənarda da hər kəs çox yaxşı bilir. Amma sadəcə diplomatiya etikası bizə mane olurdu ki, qarşı tərəfin qeyri-səmimi və riyakar olduğunu qıpqırmızı onun üzünə deyək. Bir də ki, ikili standartların tüğyan etdiyi bir dünyada kimlərinsə qeyri-səmimi və ikiüzlü olduğunu desək, nə dəyişəcək?!

Ədalətsizliyə bir baxın, illərlə ATƏT-in Minsk qrupunun üzvü kimi Qarabağ probleminin həlli ilə bilavasitə məşğul olan Fransa açıq-aşkar, özü də utanmadan-çəkinmədən təcavüzkarı, terrorçu dövlət olan Ermənistanı necə də himayə edib və edir. Mən əminəm ki, Fransa rəsmiləri, Fransa parlamentariləri, lap elə cənab E.Makron Qarabağda nələr baş verdiyini çox gözəl bilirlər. Onlar Daşaltı, Qarakənd və Xocalı faciələrindən də xəbərsiz deyillər. Amma bununla belə, hər yerdə, özü də bütün səviyyələrdə təcavüzkar Ermənistanı müdafiə edirlər. Bu isə simasızlığın dövlət səviyyəsində nümayişidir.

Digər tərəfdən, Fransa Senatının erməni separatçı-terrorçulara “müstəqillik nağılları” danışması da absurddur. Çünki, Fransa Senatı bu “müstəqillik nağılları”nı əvvəlcə Korsika adası ilə bağlı danışsa da doğru olar. Yəni, Fransa Senatı Azərbaycanın əraziləri barədə mövqe bildirməkdən əvvəl Korsikanın müstəqilliyini tanımalıdır.

Azərbaycanın Xankəndi və ətraf bölgəsində Fransanın “humanitar büro”sunun açılması ilə bağlı çağırış isə ümumiyyətlə, “qara fransız yumoru” kimi səslənir. Çünki, Fransa Senatı “humanitar büro” xəyalına düşməkdən əvvəl ölkəsinin nə qədər humanist olduğunu da əvvəlcədən müəyyən etsə, yaxşı olar. Və bunun üçün Fransanın yaxın keçmişinə nəzər yetirmək tamamilə kifayətdir.

Hər halda, Əlcəzairdə, Mərakeşdə, Ruandada və s. Afrika ölkələrində kütləvi qətliamlar törətmiş müstəmləkəçi Fransanı bəlkə də heç fransızlar da “humanist ölkə” adlandırmazlar. Həmin ölkələrdə Fransanın milyonlarla insana qarşı soyqırım törətməsi fransızları “humanizm” barədə danışmaq hüququndan ümumiyyətlə, məhrum edir. Və keçmişi qanlı qara ləkələrlə “zəngin” olan Fransanın belə mövzulardan mümkün qədər uzaq durması lazımdır.

Bütün bunlar onu göstərir ki, Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən dövlətdir. Fransa Senatının qəbul etdiyi son sənəd, eləcə də rəsmi Parisin məlum davranışları bunu növbəti dəfə təsdiqləmiş olur. İndi artıq ATƏT-in Minsk Qrupunda “Dağlıq Qarabağ problemi”nin nizamlanması prosesinin niyə 30 il uzadıldığına və həll edilməmiş qaldığına təəccüblənmək mənasız görünür.

Artıq heç kimdə şübhə doğurmur ki, məhz Fransa Minsk Qrupunun həmsədrlərindən biri kimi, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin Ermənistanın işğalı altında qalmasında xüsusi rol oynayıb. Rəsmi Paris öz ermənipərəst mövqeyi ilə bu problemin sülh danışıqları yolu ilə həll edilməsini əngəlləyib. Və nəticədə rəsmi Bakı Minsk Qrupu tərəfindən uzadılan bu problemi Azərbaycan ordusunu hərəkətə gətirərək, cəmisi 44 gün ərazində həll etməyə nail oldu.

Təbii ki, bütün bunlardan gələcək üçün çıxarılmalı olan ciddi nəticələr də olmamış deyil. Belə ki, Fransanın ermənipərəst və Azərbaycana düşmən dövlət olduğunun sübuta belə, ehtiyacı yoxdur. Ona görə də, bundan sonra Fransa Azərbaycan-Ermənistan sülh danışıqlarından kənarda saxlanılmalıdır. Fransanı ümumiyyətlə, Cənubi Qafqazda geopolitik, geoiqtisadi və geostrateji proseslərə yaxın buraxmaq olmaz.
Məşhur xalq məsəllərindən birində deyilir ki, "qırqovul başını kolda gizlətməklə elə bilir ki, onun çöldə qalmış şələ quyruğunu görən yoxdur"

Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır. Buna görə də Fransa Hökuməti bu kimi təxribatçı addımların yolverilməz olmasına dair rəsmi mövqeyini bildirməlidir.

Əhməd Əhmədzadə,
Baş nazirin köməkçisi

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır