beynalxalqictimainazaret.az

Zamiq Qurbanov: Sülhpərvərlik missiyası və Regional Güc faktorunun applikasiyası

Tarix:7-07-2022, 12:31
Baxış Sayı:175

Zamiq Qurbanov: Sülhpərvərlik missiyası və Regional Güc faktorunun applikasiyası


Cəbrayıl Təhsil Şöbəsinin müdiri Zamiq QurbanovÖlkəmiz doğrudan da regionun güc mərkəzinə çevrilir, amma aqressivliyi, təcavüzkarlığı ilə deyil, çalışqanlığı, sülhpərvərliyi, tərəqqisi və ədaləti ilə. Hətta müharibə kimi dəhşətli və qanlı qarşıdurma da ədalətlə və ədalət naminə olmalıdır. Azərbaycan bunu müharibədən əvvəl də, müharibə və post-müharibə dövründə də göstərdi və göstərməyə davam edir.

44 Günlük Müharibə geridə qaldı. Azərbaycan öz tarixi torpaqlarında ədaləti bərpa etdi. Öz gücü ilə, qüdrəti ilə, şəhidlərinin qanı, əsgərinin şücaəti, komandanının müdrikliyi və uzaqgörənliyi, xalqının dəstəyi, vəhdəti ilə. Nə münaqişənin 30 illik passiv, nə də 44 günlük aktiv fazası dövründə - saysız hesabsız qərarlarına rəğmən - demək olar ki, heç bir beynəlxalq qurumun – nə BMT-nin, nə ATƏT-in, nə Avropa Şurasının nə də digər “nüfuzlu” saydığımız beynəlxalq qurumların bizə əməli köməyi dəymədi. Türkiyə Prezidenti T.Ərdoğanın təbiri ilə desək; “öz göbəyimizi özümüz kəsdik”. Amma o müharibə dövründə bir təşkilat var idi ki, ən kritik anda - BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin olan bədxahlarımızın əleyhimizə hazırladığı bəyanat layihəsi müzakirəyə çıxarıldıqda – arxamızda durdu, bizə dəstək oldu. Bu təşkilat, bizim əsas tribunalarımızdan – haqq səsimizi dünyaya çatdırmaq üçün əsas ruporlarımızdan biri oldu. Bu təşkilata üzv olan 155 ölkənin dəstəyi ilə biz 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə çevrildik və bu fürsətdən yaralanıb dünyada sülhün və təhlükəsizliyin bərqərar edilməsinə, ədalətin təmin edilməsinə töhvəmizi verdik, dünyada cərəyan edən siyasi proseslərin fəal iştirakçısına çevrildik.

Bu gün, dünyada mövcud olan güc mərkəzlərinin əksəriyyəti ya, “lebensraum” ideyasına bənzər məqsədlərin reallaşmasına - yəni, ilk dəfə almanların 1901-ci ildə ortaya atdığı – yeni nüfuz dairələri, həyati sferalar, xammal mənbələri – daha konkret isə - yeni ərazilər hesabına genişlənmə, yeni müstəmləkəçilik strategiyasına, ya da, təxminən eyni üsullarla əldə edilmiş üstünlükləri əldə saxlamaqla hegemon, dominant mövqeyi qorumaq cəhdlərinə xidmət edir.

Amma bir hərəkat var ki, nə adı ilə qarşısına qoyduğu məqsədlər, nə də şüarları ilə fəaliyyəti arasında heç bir tərs mütənasiblik yoxdur. Bu təşkilat yarandığı gündən qayəsi heç bir hərbi bloka qoşulmamaq, ancaq sülh, inkişaf və ədalət naminə əməkdaşlıq etmək, bir-birinin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyünə, suverenlik və müstəqilliyə hörmət etmək, maraqların qarşılıqlı qorunması və əməkdaşlığın təşviqi, insan hüquqlarına və beynəlxalq öhdəliklərə hörmət, ədalət kimi prinsipləri şüarına çevirib.

Bu hərəkat, “Qoşulmama hərəkatı”dır. 1961-ci ildə təsis edilib. Azərbaycan isə bu quruma 2011-ci ildə - yəni cəmi 11 il əvvəl üzv olub. Buna rəğmən, istər bu təşkilatın rutin fəaliyyətində, istərsə də beynəlxalq hüququn norma və prinsiplərinin müdafiəsi prosesindəki təşəbbüskarlığı və prinsipiallığı, bu təşkilatı canlandırmaqla, ölkəmizə böyük nüfuz qazandırmış, XVII Zirvə Görüşünün paytaxtımızda keçirilməsinə, həmçinin 2019-2022-ci illər üzrə sədrliyin ölkəmizə həvalə edilməsinə səbəb olmuşdur.

Bu gün BMT üzvü olan 193 dövlətin 120-si üzv, 17-si də müşahidəçi olmaqla 137-si – yəni 71%-i bu qurumdan yanadır. Başqa sözlə, bu qurum, BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük təsisatdır.

İstər Pandemiya, istərsə də əvvəlki və sonrakı dövrlərdə, ölkəmiz, hərəkatın üzvü olan ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirmişdir və keçirməkdə davam edir. 2018-ci ildən etibarən bu dövlətlərin ölkəmizin ali məktəblərində təhsil alan vətəndaşlarına tam ödənişli təqaüdlər verilir. Azərbaycan, Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq, Gənclər Sammitinin keçirilməsi təşəbbüsünü irəli sürmüş və 40 dövlətin gənclərinin iştirakı ilə keçirilən bu Sammitə ev sahibliyi etmişdir.

Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə ötən il Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilib və bu gün Bakı konfransında Qoşulmama Hərəkatının üzvü olan 40-dan çox ölkənin parlamenti və 8 beynəlxalq parlament təşkilatı təmsil olunur ki, bu da ölkəmizin nəinki regionda, bütün dünyada artan nüfuzunun göstəricisidir.

Bu tədbirdə Qoşulmama Hərəkatının parlament şəbəkəsinin nizamnaməsi, şəbəkənin rəsmi loqosu və bayrağı qəbul edilmiş, həmçinin qarşıdakı 3 il üçün şəbəkənin sədri və sədr müavinlərinin seçilmişdir ki, bu da Qoşulmama Hərəkatının funksionallığının, beynəlxalq nüfuzu və siyasi proseslərə təsir imkanlarının daha da artmasına gətirəcəkdir.

Azərbaycanın bu hərəkata qoşulması, bu hərəkatın öncül dövlətlərindən birinə, lokomotivinə çevrilməsi, həm dünyaya dövlətimizin sülhpərvər dövlət olduğunu, heç bir dövlətlə və ya dövlətlər qrupu ilə münaqişədə maraqlı olmadığının, öz ərazisində başqa dövlətlərin hərbi bazalarını yerləşdirmək, xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istəyinin, həmçinin də öz ərazisini başqa – xüsusilə qonşu dövlətlərə qarşı platsdarma çevirmək niyyətinin olmadığının göstəricisi, eləcə də bu Hərəkat vasitəsilə digər beynəlxalq təşkilatların – xüsusilə BMT-nin fəaliyyətini canlandırmaq, ikili standartlara və ədalətsizliyə qarşı kollektiv immunitet təsis etmək, ədalətsizliyə uğramış hər bir ölkənin haqq səsinin eşidilməsinə zəmin yaratmaq, silahlı münaqişələr, iqlim dəyişikliyi, humanitar böhranlar və digər qlobal problemlərin yaratdığı mənfi nəticələri minimuma endirmək, sülh, təhlükəsizlik və dayanıqlı inkişafın təmin edilməsi üçün Hərəkatının rolunun artırılmasına nail olmaqdan ibarətdir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilin sonuna kimi uzadılması və bu qərarın üzv dövlətlərin yekdil qərarı ilə qəbul edilməsi də sadalananların əyani təsdiqi, ölkəmizə və Prezidentimizə ehtiram və etimadın göstəricisidir.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirakı və çıxışı, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması üçün göstərdiyi təşəbbüsü əsaslandırması, diqqəti parlament diplomatiyası və parlamentlərarası münasibətlərin vacibliyinə çəkməsi, bu prosesin təkcə Qoşulmama Hərəkatı ölkələri arasında deyil, eyni zamanda, dünyanın da müxtəlif parlament təşkilatları arasında münasibətlərin intensivləşməsinə stimul verəcəyini, həm Parlament, həm də Gənclər Şəbəkəsi təşəbbüslərinin, Hərəkatın institusional inkişafı – yəni bütün strukturları ilə işlək bir hala gəlmiş orqanizm halına gətirilməsi - üçün atılmış addımlar olduğunu vurğulaması, digər beynəlxalq qurumlarla müqayisədə Hərəkatın daha adil və obyektiv bir qurum kimi fəaliyyətinə diqqət çəkməsi, həmrəyliyi gücləndirmək və üzv ölkələrin vahid mövqedən çıxış etməsinə nail olunması üçün praktiki addımlar atılmasının qurumun potensialını daha da artıracağına vurğu etməsi, Qoşulmama Hərəkatının problemlərin həlli üçün platforma ola biləcəyini xatırlatması konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və təşkilatın inkişafına böyük töhvə kimi dəyərləndirilmişdir.

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır