beynalxalqictimainazaret.az

Səttar Möhbalıyev: “IX Qlobal Bakı Forumu dünyadakı bir sıra problemlərin həllinə mühüm töhfələr verəcək”

Tarix:17-06-2022, 15:26
Baxış Sayı:288



“Hazırda ölkəmizdə qlobal miqyaslı tədbir keçirilir. 9-cu dəfədir ki, baş tutan Qlobal Bakı Forumu artıq dünyada nüfuzlu bir platformaya çevrilib. Hər dəfə müzakirəyə çıxarılan mövzular aktuallığı və əhəmiyyəti ilə seçilir. Foruma ildən-ilə göstərilən maraq da artmaqdadır, dünyanın 53 ölkəsindən 400-ə qədər ali və yüksək səviyyəli nümayəndə, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri bu tədbirdə iştirak edir. Bu, ötən illə müqayisədə kifayət qədər yüksək göstəricidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan Forumun budəfəki mövzusu da xeyli önəmli məsələdir. Belə ki, hazırda dünyada bir sıra məlum ziddiyyətli proseslər gedir ki, fəsadları getdikcə artmaqdadır. Təhlükəsizlik məsələləri, ərzaq böhranı, enerji problemi dünya gündəmini bu gün zəbt edib. Belə bir məqamda bu istiqamətdə Forumda aparılacaq müzakirələrin, fikir mübadilələrinin, qəbul olunacaq qərarların faydalı olacağına əminəm”.

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Açılış mərasimində çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanın regional təhlükəsizliklə bağlı yanaşmalarını aydın şəkildə izah etdi. Görürük ki, ölkəmizin mövqeyi regionda sabitliyə, dayanıqlı sülh və təhlükəsizliyə əsaslanır. Bu istiqamətdə Azərbaycanın təşəbbüsləri bütün region dövlətləri, o cümlədən Ermənistan üçün də faydalıdır. Uzun illər davam etmiş bu ölkənin işğal siyasəti regionda gərginlik yaradır, təhlükəsizliyi pozur, iqtisadi əlaqələrin inkişafına əngəllər törədirdi, həmçinin beynəlxalq hüququn prinsiplərini heçə endirirdi. Bu baxımdan Ermənistanın işğal siyasətinə son qoyan Vətən müharibəsinin nəticələri onun region dövlətləri üçün də önəmini bir daha ortaya qoyur. Bu gün Azərbaycanın müəllifi olduğu reallıqlar bölgə dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə, iqtisadi əlaqələrin inkişafına zəmin yaradır”, - Milli Məclisin deputatı bildirib.
“Çıxışında cənab Prezident kommunikasiyaların açılması məsələsinə də toxundu. Məlumdur ki, Ermənistan bu məsələdə üzərinə öhdəliklər götürüb, lakin 2020-ci il 10 noyabr bəyanatının imzalanmasından bu qədər vaxt keçsə də, hələ ki, Zəngəzur dəhlizinin açılması məsələsinə tərədüdlə yanaşır, səbəbsiz yerə prosesi ləngidir. Bu barədə mən əvvəlki açıqlamalarımda da demişəm ki, Zəngəzur dəhlizi Ermənistanın özü üçün də, bütün region üçün də faydalı olacaq. Hamı, o cümlədən Ermənistan tərəfi də anlamalıdır ki, bu məsələ müharibənin nəticəsi olaraq ortaya çıxıb və reallaşması şübhəsizdir. Dövlətimizin başçısı da Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindən olduğunu ifadə etdi”, - AHİK sədri vurğulayıb.

O əlavə edib ki, Prezident İlham Əliyev hələ də status xəyalları ilə yaşayanlara, Minsk qrupunu yenidən diriltməyə çalışanlara da aydın və məntiqli şəkildə yerini göstərdi. S.Möhbalıyevin sözlərinə görə, yeni reallıqlar fonunda bu məsələlər tarixin arxivinə yuvarlanıb: “Azərbaycan qalib və güclü dövlətdir, diktə edən tərəfdə odur. Ermənistan da bunu dərk etməli, prosesi ləngitməyə çalışmamalıdır”.

Кянан Сеидов встретился с командующим Сухопутными войсками Турции ФОТО
Кянан Сеидов встретился с командующим Сухопутными войсками Турции ФОТО
Fazil Rüstəmov: İctimai Xidmətin Peşəkar Rəhbəri
Fazil Rüstəmov: İctimai Xidmətin Peşəkar Rəhbəri
Seymur Orucov: İnkişafın və Yeni Uğurların Rəhbəri
Seymur Orucov: İnkişafın və Yeni Uğurların Rəhbəri
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib