beynalxalqictimainazaret.az

Həmid Həsənov: Ulu öndərimizin qoyub getdiyi bu siyasi yol Ali Baş Komandanın başçılığı altında hələ bizə çox uğurlar qazandıracaq

Tarix:19-10-2021, 01:58
Baxış Sayı:305

Həmid Həsənov: Ulu öndərimizin qoyub getdiyi bu siyasi yol Ali Baş Komandanın başçılığı altında hələ bizə çox uğurlar qazandıracaq


"AzFEN" BM-nin baş direktoru Həmid Həsənov - Bu gün Müstəqil Azərbaycandan, inkişaf etmiş Azərbaycandan və çiçəklənmiş Azərbaycandan danışmaq çox asandır. Ancaq onu qurub yaratmaq, dünya ölkələrinə tanıtmaq, bayrağını bayraqlar içərisində dalğalandırmaq çox çətindir. Bu çətin missiyanın öhdəsindən isə böyük insan, Ulu öndər, müasir müstəqil Azərbaycan qurucusu Umummilli Liderimiz Heydər Əliyev gəlmişdir. Ulu öndərin yürütdüyü düzgün siyasət nəticəsində Azərbaycan bu gün ən inkişaf etmiş dövrünü yaşıyır və tarix boyunca da yaşıyacaqdır. Ulu öndər ömürü boyu Azərbaycanın dünəni, bu günü və gələcəyi üçün yorulmadan gecəsini gündüzünə qataraq çalışmışdır. Ulu öndərimizin çox gözəl fikirlərindən birini sizin nəzərinizə çatdırmaq istəyirəm. “Prezident kimi mənim həyat amalım yalnız sizə- bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi,siyasi,mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədir bilən xalqımdan almışam. Ən çətin anlarda,ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm,iradə verib və bütün uğurlarımı təmin edib. Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib”.

Azərbaycan xalqı da dünyaya Heydər Əliyev kimi dahi bir şəxsiyyət bəxş etdiyi üçün çox xoşbəxtdir. Xalqımız Ulu öndəri özünə çox böyük dayaq və güvən yeri bilmişdir.Ulu öndərdən bizə çox yadigar qalıb. Ən dəyərlisi isə “Yol”dur. Böyük Heydər Əliyev yolu. Bu yolun yolçuları vətənimizə, xalqımıza sədaqətlə çalışmağı ondan öyrəniblər. Bu yolun ən layiqli davamçılarından biri Ali Baş Komandanımız İlham Əliyevdir.Respublikamızda aparılan daxili, xarici siyasət, 44 günlük Zəfər qələbəsi bunun baris nümunəsidir. İllər öncə Heydər Əliyevin dediyi- “İlham Əliyev yüksək intelektli, praqmatik düşüncəli,müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəmki, həm İlham Əliyev həmdə Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki,mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək.Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümüdlər bəsləyirəm” fikiri bu gün tam öz təsdiqini tapdı. II Qarabağ müharibəsində 2907 şəhid olmuş Qəhrəmanlarımız,qazilərimiz, xalqımız “Dəmir Yumruq” adı altında bir ağızdan “Qarabağ Azərbaycandır” deyib Ali Baş Komandanımızla birləşdilər və “Ata vəsiyyətini” yerinə yetirdilər. 30 illik Qarabağ həsrətinə, niskilinə, göz yaşlarına son qoydular. 44 günlük haqq yolunda qazandığımız qələbə Azərbaycan xalqının nə qədər qəhrəman, cəsarətli, əzmkar olduğunu bir daha dünyaya sübut etdi.

Ulu öndərimizin ruhu bu gün şaddır. Çünki onun siyasi kursunu uğurla davam etdirən Ali Baş Komandanımız İlham Əliyev var.

“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edib
“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edib
İşini vicdanla yerinə yetirən Sabirabad Dövlət Sosial İqtisad Kollecinin direktoru Mahir Tarıverdiyev
İşini vicdanla yerinə yetirən Sabirabad Dövlət Sosial İqtisad Kollecinin direktoru Mahir Tarıverdiyev
Namizəd İsmayılov: “Azərbaycan dövləti gənclərə diqqət və qayğısını bundan sonra daha da gücləndirəcək”
Namizəd İsmayılov: “Azərbaycan dövləti gənclərə diqqət və qayğısını bundan sonra daha da gücləndirəcək”
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib
Simasızlığın dövlət səviyyəsində nümayişi: Fransa Hökuməti təxribatçı addımların yolverilməz olmasına dair rəsmi mövqeyini bildirməlidir
Simasızlığın dövlət səviyyəsində nümayişi: Fransa Hökuməti  təxribatçı addımların yolverilməz olmasına dair rəsmi mövqeyini bildirməlidir
3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Mənım Möcüzəli Dünyam”  Tədbirimizə hər biriniz DƏVƏTLİSİNİZ
3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Mənım Möcüzəli Dünyam”  Tədbirimizə hər biriniz DƏVƏTLİSİNİZ
Abbasqulu Səfərov: Xalqın Yeni Azərbaycan Partiyasına inamı sonsuzdur
Abbasqulu Səfərov: Xalqın Yeni Azərbaycan Partiyasına inamı sonsuzdur
Polis əməkdaşları qanunun keşiyində dayanırlar
Polis əməkdaşları qanunun keşiyində dayanırlar