beynalxalqictimainazaret.az

İran İslam Respublikasının Qırğızıstandakı səfiri Said Xarrazi cənablarına MÜRACİƏT

Tarix:7-10-2021, 12:38
Baxış Sayı:254

İran İslam Respublikasının Qırğızıstandakı səfiri Said Xarrazi cənablarına MÜRACİƏT



Ağayi səfir!
Əvvəlcə istərdim Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başladılan 44 günlük zəfər müharibəsi ilə əlaqədar İranın bəzi rəsmi şəxslərinin   xoşagəlməz çıxışları haqqında sizi məlumatlandırım.  
İran parlamentinin millət vəkili Kazım Delxoş azərbaycanlıları təhqir edib.
  O, azərbaycanlılara Maku şəhərində, Bazırqan sərhəd keçid məntəqəsində olan zaman aşağılayıcı ifadə işlədib. Belə ki, görüşlərinin birində telefonla danışan Delxoş, “Bunlar türkdür, heç nə anlamazlar” sözlərini söyləyib.
     İranın Baş Qərargah rəisi general Məhəmməd Baqiri açıqlama edib. O deyib: Azərbaycana 4000 raket atıb,  Bakını məhv edərik. İranın ali dini rəhbəri ayətulah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətulla Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirib.
Amili Ərdəbilin cümə namazı xütbələrində deyib: "Şirin quyruğu ilə oynama!"  
İran parlamentinin deputatı Məhəmməd Rza Əhmədi Azərbaycan haqda düşməncə ifadələr işlədib.
İranlı millət vəkili   Məhəmməd Rza Əhmədi    Twitter hesabından Azərbaycanın Qarabağdakı möhtəşəm qələbəsi haqqında rəzalət dolu ifadələr işlədib. 
O, deyib: “Bakı idarəçiləri Türkiyə sayəsində qazandıqları zəfəri özlərininki sayıb, qürurlanırlar. Sizin kiçik ölkənizin tarixi bizim ən gənc millət vəkilimizdən azdır”
Görünür İran parlamentinin deputatının tarix bilgisi ya çox azdır, ya da ümumiyyətlə Azərbaycanın BÖYÜK ZƏFƏRİ adamın psixoloji durumuna təsir edib. 
Azərbaycanı “Bakı idarəçiləri” adlandırmaqla həddini aşan Əhmədi bəlkə İran adlanan coğrafiyanın və hətta müasir İran dövlətinin uzun əsrlər boyunca Türk hökümdarlar tərəfindən idarə edildiyini unudub? Əhmədi soyadlı deputat İran dövlətini 1925-ci ilədək idarə edən Qacarları unudubmu? Bəs həmin Qacarların nə az, nə çox düz 1000 il İranı idarə etməsi faktını necə, unudubmu? 
Əhmədi soyadlı deputat bilməlidir ki, bu gün İran adlı dövlət varsa, çox təssüf ki məhz Türk hökümdarların səbəbinə mövcuddur. O ki qaldı Azərbaycanın Qarabağdakı BÖYÜK ZƏFƏRİNƏ qısqanclıqla yanaşmağa, iranlı deputat bilməlidir ki, məhz Qarabağdakı möhtəşəm qələbədən sonra bölgədə yeni siyasi və iqtisadi reallıqlar formalaşıb. Tehranlı idarəçilər bu qələbəyə kin qusmaqla bölgənin reallıqlarından kənarda qala bilərlər. Yalnız mövcud reallıqlara dəstək vermələri və uymaları halında iqtisadi layihələrdə iştirak hüququ qazana bilərlər.
O ki qaldı qardaş Türkiyənin Azərbaycana dəstəyinə, Azərbaycan və Türkiyə dünyada bənzəri olmayan iki qardaş və təbii müttəfiqlərdir. Bəs bu deputat İran da daxil olmaqla bir çox ölkələrin Ermənistana verdiyi hərbi-siyasi dəstəyi niyə unudur? 44 günlük savaş dövründə İran ərazisində Ermənistana gedən hərbi yük karvanlarını unutduğumuzu zənn edirsiniz? Bəs İran ərazisinidən keçib Qarabağa ermənilər üçün döyüşməyə gələn PKK terrorçuları? Bəs müharibə dövründə və sonra İranın ermənilərə etdiyi yardımlar?   
İran Azərbaycanla münasibətləri heç vaxt həqiqi dostluq üzərində qurmayıb və qərəzli mövqe sərgiləyib.       Biz,  Zəngəzur dəhlizi və Azərbaycanın tarixi torpaqları məsələsini qaldırılmalı, bunun təkcə dövlətin deyil, ümumilikdə Azərbaycan xalqının istəyi olduğunu vurğulamalıyıq. Zəngəzur dəhlizi bütün Azərbaycan xalqına o cümlədən İrana da lazımdır. İranın Azərbaycana göstərdiyi aqressiv münasibəti biz azərbaycanlılar qınayırıq. Lazım gələrsə,   bir Azərbaycanlı kimi biz də Azərbaycan dövlətinin və maraqlarının arxasında dayanacağıq. Artıq o dövr deyil ki, kimsə Azərbaycana qarşı hərbə-zorba dili ilə danışa bilsin. Bu məsələdə hamımız həmrəyik, birik. Azərbaycana qarşı yönələn hər bir təxribata,  çox ciddi şəkildə cavab verəcəyik. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi, tarixi ədalətin bərpası, Zəngəzur bizim milli məsələmizdir və biz bütün bu problemlərin həllini tələb edirik. Qürur hissi ilə dəyə bilərik ki gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır.
İnanırıq, bu gün Azərbaycan şairi, milli mücahid Əhməd Cavadın ruhunun şad olduğu gündür. Bu gün Nuru Paşanın, Ənvər Paşanın, İslam Qars Ordusunun əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. 
Bu gün hamımız, bütün türk dünyası üçün böyük qürur günüdür. Qarabağ Azərbaycandır! Qarabağ artıq ana vətəni ilə qucaqlaşmış, 30 illik həsrət sona çatmışdır. Türkiyə, Azərbaycan, Pakistan kürək-kürəyə verdiyi müddətdə bütün çətinlikləri birgə aşmağa davam edəcək.
O ki, qaldı dini liderin "təhlükəsizliyini başqasının hesabına təmin edə biləcəyini düşünənlər" və "şapalaq" barədə dediklərinə, bildiyim qədər müsəlman ölkələri indiyədək İrandan "badalaq" görüblər, "şapalaq" yox. Şapalaq biz türklərə aid olan cəza üsuludur. Türkiyədə "Osmanlı tokatı" deyirlər. Yəni bizim DƏMİR YUMRUĞUMUZ da, DƏMİR ŞAPALAĞIMIZ (TOKATIMIZ) da və hətta DƏMİR QÜBBƏMİZ də var. Təhlükəsizliyimizi isə yalnız və yalnız Azərbaycan dövlətinin gücü, qüdrəti hesabına təmin edirik"
Hörmətli səfir, 
Azərbaycanın ərazi bütövlüyünü tanıyan İran İslam Respublikasında rəsmi şəxslərin belə neqativ çıxışlar etməsi yolverilməzdir və İİR apardığı siyasətə ziddir.
Belə çıxışlar, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan balalarınızın, qardaş və bacılarımızın ruhuna hörmətsizlikdir.
Bizim bu istəyimizi İranın rəsmi dairələrinə çatdırmanızı sizdən xahiş edirik
Şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimizə  şəfa diləyirik. 
Qarabağ Azərbaycandır!


Hörmətlə,                                          Nüsrət Məmmədov 
                                                         Türkdilli dövlətlərin siyasətinə
                                                          dəstək fondunun prezidenti

Кянан Сеидов встретился с командующим Сухопутными войсками Турции ФОТО
Кянан Сеидов встретился с командующим Сухопутными войсками Турции ФОТО
Fazil Rüstəmov: İctimai Xidmətin Peşəkar Rəhbəri
Fazil Rüstəmov: İctimai Xidmətin Peşəkar Rəhbəri
Seymur Orucov: İnkişafın və Yeni Uğurların Rəhbəri
Seymur Orucov: İnkişafın və Yeni Uğurların Rəhbəri
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib