beynalxalqictimainazaret.az

Ziyəddin Quliyev rəhbərliyin sadiq adamlarındandır - ÖZƏL

Tarix:22-09-2021, 02:34
Baxış Sayı:207


"Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev - “AZƏRENERJİ” 57 KEÇMİŞ MƏCBURİ KÖÇKÜNÜ AZAD OLUNMUŞ RAYONLARDA İŞLƏ TƏMİN EDİB




Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərenerji” ASC tərəfindən 3 elektrik stansiyası yenidən qurulub və 3 yarımstansiya tikilərək istismara verilib. Hazırda 5 yarımstansiya, 1 elektrik stansiyasında tikinti-quraşdırma işləri, o cümlədən yüksəkgərginlikli xətlərin çəkilməsi prosesi davam edir. Nəticədə bu günə kimi “Azərenerji” ASC tərəfindən Qarabağ və Şərqi Zəngəzurda istismara verilən enerji obyektlərində 57 nəfər işlə təmin edilib ki, onların əksəriyyəti məhz işğaldan azad edilmiş rayonların sakinləridir.
Belə ki, Laçındakı 8 MVt gücündə “Güləbird” Su Elektrik Stansiyasında 5 nəfər, Tərtərin işğaldan azad edilən Suqovuşan qəsəbəsindəki ümumi gücü 7,8 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında 9 nəfər, 110/35/10 kV-luq “Şuşa” yarımstansiyasında 7 nəfər, 110/35/10 kV-luq “Füzuli” yarımstansiyasında 6 nəfər, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasında isə 4 nəfər işlə təmin edilib. Bundan başqa, tikintisi yekunlaşmaqda olan 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasında da 4 nəfər işlə təmin edilib ki, onların hamısı məhz cəbrayıllılardır. Həmçinin Qarabağ Regional Elektrik Şəbəkəsinin yarımstansiya, hava elektrik verilişi xətti xidmətləri də daxil olmaqla ümumilikdə 17 əməkdaşı işlə təmin edilib. Beləliklə, “Azərenerji” obyektlərinin əməkdaşları ya doğulduqları rayondan, ya da işğaldan azad edilən qonşu rayonlardan məcburi köçkün olmuş şəxslərdir.








CƏBRAYIL, ZƏNGİLAN, QUBADLI VƏ AĞDAMDA YARIMSTANSİYALAR TİKİLİR


İşğaldan azad edilən ərazilərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hazırda “Azərenerji” tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının hər birində 110/35/10 kV-luq yarımstansiyalar tikilir. Bunun üçün “Şükürbəyli” yarımstansiyasından 40 km məsafədə yeni tikilən “Cəbrayıl” yarımstansiyasına, Cəbrayıldan 45 km məsafədə yeni tikilən “Qubadlı” yarımstansiyasına, Qubadlıdan 29 km məsafədə yeni tikilən “Zəngilan” yarımstansiyasına 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilir. Hər üç yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular quraşdırılmaqla yeni inzibati bina inşa edilir. Yarımstansiyalar məsafədən idarə olunmaqla Dispetçer İdarəetmə sisteminə qoşulacaq. “Cəbrayıl” yarımstansiyasında artıq işlər tamamlanmaqdadır. “Qubadlı” və “Zəngilan”da da işlərin çox hissəsi görülüb və sürətlə davam etdirilərək yaxın vaxtlarda yekunlşacaq. Bundan başqa, hazırda Ağdam rayonunda 110/35/10 kV-luq iki yarımstansiya tikilir.
“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin verdiyi məlumata görə “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi sürətlə davam etdirilir və sözügedən yarımstansiyalara “Xındırıstan” yarımstansiyasından 40 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir.
Qeyd edək ki, bu günə qədər “Azərenerji” tərəfindən Füzulidən Şuşaya 75 km, Daşkəsəndən isə Kəlbəcərə 70 km  məsafədə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilib və 110/35/10 kV-luq “Şuşa” və “Kəlbəcər” yarımstansiyaları tikilərək istismara verilib. Həmçinin Füzuli şəhərində 110/35/10 kV-luq “Füzuli” yarımstansiyası tikilib, eyni zamanda Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub.








İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Ziyəddin Quliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevdir.

"Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ziyəddin Quliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Ziyəddin Quliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Beynalxalqictimainazaret.az olaraq sorğu apardıq ağız dolusu Ziyəddin Quliyevdən danışdılar yaxşı ki, Ziyəddin Quliyev "Azərenerji" ASC-nin vitse-prezidenti təyin olunub… Ziyəddin Quliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Ziyəddin Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Ziyəddin Quliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Ziyəddin Quliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ziyəddin Quliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ziyəddin Quliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Ziyəddin Quliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ziyəddin Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ziyəddin Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Azərenerji" ASC-nin vitse-prezidenti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Ziyəddin Quliyev özünü doğruldub. Bizdə hörmətli Ziyəddin Quliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır