beynalxalqictimainazaret.az

Manaf Manafov: Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır

Tarix:2-08-2021, 01:49
Baxış Sayı:188


Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafov - Bildiyimiz kimi bütün dünyanı cənginə alan koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi. Hal-hazırda həm Azərbaycan həm bütün dünya ölkələri bu təhlükəyə qarşı mübarizə aparır.İnsanlar arasında tez bir zamanda yayılan və kifayət qədər təhlükəli olan bu xəstəliyə qarşı müxtəlif tədbirlər görülür. Pandemiya elan olunan gündən karantin rejimi tətbiq olunmaqla yanaşı dövlət səhiyyə sisteminin imkanlarının gücləndirilməsi, yeni modul tipli klinikaların istismara verilməsi, özəl klinikaların əksepidemik tədbirlərə cəlb olunması bu xəstəliyin müalicəsində lazımi dərman vasitələri ilə, avadanlıqlarla və qoruyucu vasitələrlə təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Pandemiya şəraitində əhali arasında xəstələnmə hallarının digər ölkələrlə müqayisədə az olması, ölüm səviyyəsinin yüksək olmaması aparılmış əksepidemik tədbirlərin səmərəliliyinin nəticəsidir.

Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Vaksinasiyanın əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu prosses aktiv immunizasiya adlanır.Vaksin vurulmuş şəxslər infeksion xəstəliyə yoluxmur və ya yoluxsa belə xəstəlik dövrü çox yüngül keçir.Pandemiyanın davam etməsini, COVID-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olmasını nəzərə alaraq, ÜST dünyada bu xəstəliyə qarşı mübarizədə güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olmasını bəyan etdi.Tez bir zamanda dünyanın bir sıra ölkələrində Covid-19 əleyhinə vaksinlər istehsal olunmağa başladı.

Ölkəmizdə də Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə yanvarın 18-dən etibarən vətəndaşların peyvəndlənməsinə başlanıldı.Əhali arasında planlı vaksinasiyanın aparılması Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasının qəbul edilməsini zəruri etdi. Strategiya özündə yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir. Strategiyanın qanunvericilik bazasının “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunu təşkil edir. Bu Qanunun 3-cü maddəsinə əsasən immunoprofilaktika sahəsinə aid olan dövlət siyasətinin icrası müəyyən prinsiplər əsasında həyata keçirilir.Bu prinsiplərə bütün vətəndaşlar üçün profilaktik peyvəndlərin zəruriliyi, dövlət və bələdiyyə tibb müəssisələrində əhalinin profilaktik vaksinasiyasının pulsuz aparılması, COVID-19 vaksininin seçilməsi sahəsində dövlət nəzarəti, vaksinasiyanın səmərəliliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi,əhali arasında maarifləndirmə tədbirlərinin aparılması və s. aiddir. Strategiyanın məqsədi hazırda geniş yayılmış

COVİD-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır.

Fərdi gigiyena qaydalarına riayət etmək,müəyyən olunmuş qaydada sosial məsafə saxlamaq və vaksinasiya olunmaq xəstəliyin yayılmasının qarşısının alınmasında istifadə olunan ən uğurlu vasitələrdir.Özümüzü və yaxınlarımızı qorumaq üçün bu işdə aktiv və məsuliyyətli bir şəkildə iştirak etməliyik.Çünki özümüzü qorumaqla biz cəmiyyətimizi,gələcəyimizi qorumuş oluruq ki, bu da hər bir şəxsin vətəndaşlıq borcudur.


Pirallahı rayonunda növbəti iməcilik aksiyası keçirildi



Bakı şəhərində 2 gün ərzində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların tam aradan qaldırılması və genişmiqyaslı təmizlik işlərinin aparılması ilə bağlı iyulun 31-də şəhərin bütün rayonlarında, o cümlədən Pirallahı rayonunda da iməcilik keçirilib.
Səhər saatlarından etibarən kommunal xidmətləri, idarə və müəssisələr, sahibkarlar tərəfindən rayonda təmizlik işlərinin həyata keçirilməsinə başlanılıb.
İməcilik zamanı küçələr, səki kənarları, işıq dirəkləri, mağaza vitrinləri, dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları yuyulmuş, zədələnmiş ağaclar budanmış, digər təmizlik və dezinfeksiya işləri görülmüşdür.
Qeyd edək ki, təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər görülür. Həyata keçirilən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
 

 


20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır