beynalxalqictimainazaret.az

8 saylı yol istirmar idarəsi - ZİRVƏYƏ APARAN YOLLAR

Tarix:18-06-2021, 01:09
Baxış Sayı:220


Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə həyat deməkdir”. Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı dövlət strategiyasında yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi önəm verilməsi heç də təsadüfi deyil. Bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır. Yüksək səviyyədə qurulan yol-nəqliyyat infrastrukturu insanlara böyük rahatlıq gətirdiyi kimi, həm də respublikanın iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biridir. Rahat yollar olmadan Azərbaycanın dinamik inkişafını təsəvvür belə etmək mümkün deyil.

“Azəravtoyol” özü yeni yaranmış, strukturunu iş prosesində təkmilləşdirən bir qurumdur. Ölkə başçısı İlham Əliyevin 2016-cı il martın 9-da imzaladığı fərmanla “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” adlandırılıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir.Əlbəttə ki, bütün bu sahədə əldə olunan nailiyyətlər Saleh Məmmədovun rəhbərliyi altında çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, eləcə də bu qurumun tabeliyində olan bütün müəssisə və şirkətlərin işçi heyətlərinin fədakar əməyi, hər kəsin ayrılıqda və kollektiv olaraq öz işini dövlətə sədaqət prinsipləri əsasında qurması sayəsində əldə olunur.

Agentliyin effektiv fəaliyyəti ilə seçilən belə struktur bölmələrindən biri də Cabir Qurbanovun rəhbərlik etdiyi Şamaxı rayon 8 saylı Yol İstismar İdarəsidir.

Cabir Qurbanovun rəhbərlik etdiyi AAYDA 8 saylı Yol İstismar İdarəsi tərəfindən çəkilmiş rahat yollarla hətta əzəmətli Şamaxı aşırımlarını belə fəth etmək olar.

Ümumiyyətlə, son dövrlərdə Şamaxı rayonu ərazisində genişləndirilmiş və abad yollar, səliqə-sahmanlı küçələr göz oxşayır. Bu işlərin yüksək səviyyədə görülməsi üçün 8 Yol İstismar İdarəsinin kollektivi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Qeyd etdiyimiz kimi, əsasən Şamaxı rayonu ərazisində fəaliyyət göstərən bu müəssisə Dövlət Proqramlarının icrasından irəli gələn tələblərə uyğun olaraq, kəndarası yolların təmiri, bərpası və tikintisi ilə məşğul olur. Diqqətəlayiq haldır ki, müəssisənin fəaliyyəti yerli ictimaiyyət tərəfindən də kifayət qədər yüksək qiymətləndirilir. Bu barədə redaksiyamıza təqdim olunan açıqlamalarda da qeyd olunur ki, məhz İdarənin rəisi Cabir Qurbanovun yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti bu qurumun analoji müəssisələr sırasında xüsusilə seçilməsini, eləcə də görülən işlərin yüksək keyfiyyətini təmin edir. Vurğulanır ki, Cabir Qurbanovun rəhbərliyi ilə Şamaxı rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verməkdədir.

Heç şübhə etmirik ki, Cabir Qurbanovun rəhbərlik etdiyi 8 saylı Yol İstismar İdarəsinin kollektivi bundan sonra da yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi istiqamətində öz səmərəli fəaliyyətlərini uğurla davam etdirəcək və bu sahədə əldə olunan nailiyyətlərdə onların da öz payları olmasından hər zaman qürur duyacaqlar.


Redaktor: Esmira Əliyeva

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır