beynalxalqictimainazaret.az

ŞƏFALI ƏLLƏR

Tarix:5-06-2021, 18:17
Baxış Sayı:305

Şəfalı əlləri ilə insanlara yaşamaq sevincini bəxş edən xeyirxah peşə sahibi

Nürəngiz xanım Bəşirova həyatı öyrənərək öyrədən ziyalılarımızdandır.

 

Müdriklərdən bizə ərmağan qalan el məsəlində deyilir ki, Tanrı insana yaşlanmaq deyil, yaş almaq nəsib etsin. Ömrünü səhiyyəyə sərf edən adam isə daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən həkim camala yox, kamala xidmət edir. Belə şərəfli həyat yolu keçənlərdən biri də Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nürəngiz xanım Bəşirovadı.

Həyatının mənasını “Sabahlar insanlara bu günün hədiyyəsidir” hikməti ilə dəyərləndirən Nürəngiz xanım üçün hər gün yazılan insan ömrünün səhifəsidir. Buna görə də gələcək həyatını müəyyənləşdirərkən də qismətin asan yolunu seçməyib. Babalarından eşitdiyi “Sağlamlığa bərabər dost, xəstəliyə bərabər düşmən yoxdur” hikmətinə inanaraq həyatın ən şirin neməti olan sağlamlıq keşikçisi olmağa, insanlara yamaşaq sevinci bəxş etməyə üstünlük verir. Bu seçimində yanılmayan Nürəngiz xanım Bəşirova həyata qaytardığı xəstələrinin sevincinə şərik olduğu günləri ömrünün xoşbəxt anları sayır.

Bu günədək həkim kimi fəaliyyət göstərən Nürəngiz xanım ikiqat məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə elmin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. “Bütün sağlam adamlar həyatı sevərlər” söyləyən Nürəngiz həkim yaxşı biliir ki, xəstələrin qəlbini sevindirməyin, darda qalanların ehtiyacını ödəməyin ən yaxşı mükafatı həmin şəxsin sevincini birlikdə yaşamaqdır. Elə bu məqsəd naminə xəstələrinə xidmət göstərib: “İki şeyin qiyməti itirəndən sonra bilinir: cavanlığın və sağlamlığın” hikmətini dəfələrə sınaqdan çıxaran Nürəngiz həkim bildirir ki, insanı həyata bağlayan da elə cavanlıq və hansı yaşda olmasından asılı olmayaraq ən qiymətli nemət sağlamlıqdır.

Ona görə də çoxşaxəli və geniş həkimlik fəaliyyətində də daha çox insana həyat bəxş etmək, xəstəliyə, yeri gələndə ölümə qalib gəlmək üçün biliyə, təcrübəyə əsaslanıb, səhiyyəni inkişaf etdirərək böyük nailiyyətlərə imza atmışdır. Zəhməti isə hədər getməyib.

Həkim kimi ölkəmizdə gənc kadrların hazırlanmasında bilik və bacarığını əsirgəməyən Nürəngiz həkim deyir ki, həkimin evi xəstəxana, dövləti xəstələrin sağlamlığı, qazancı isə millətin məhəbbəti və ehtiramıdır:

Biri yalnız həyat, digəri gözəl, şərəfli həyat bəxş edir. Bu baxımdan həkimlik daha çox çox diqqət tələb edən peşədir. Çünki ilkin müayinə zamanı həkimin xəstəyə baxışı “xəstə-həkim münasibətlərini” formalaşdırır, onun həyatı üçün çəkdiyi nigarançılığı, narahatlığı həkimin adi baxışından başlanır. Belə “səssiz münasibətlər”, ürəyin aynası olan gözlərdəki ifadə xəstədə yaşamaq ümidi yaradırsa, demək xəstəliyin müalicəsi üçün “mühit” yaranıb. Buna görə də hansı sahədə çalışmasından asılı olmayaraq həkim ilk növbədə təcrübəli psixoloq da olmalı, ən ağır zamanlarda belə xəstənin son ümidinin itirilməməsi üçün var gücü ilə çalışmalı, təcrübəli həmkarlarından məsləhətlər almaqdan çəkinməməlidirlər. Təki bir insan ömrünü xilas etmək mümkün olsun. Bu xüsusiyyətlər isə əsil humanizm, xeyirxahlıq nümunəsidir.

Nürəngiz Bəşirova: Partiyanın ikinci qurultayında çıxış edən YAP-ın yaradıcısı Heydər Əliyevin sözlərini bu gün də xatırlayıram: “Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış partiyadır.” Zaman, müstəqilliyimizin əbədiliyi naminə Ulu Öndərin göstərdiyi xidmətlər, müdrik siyasətçinin ölkəmizi gözləyən təhlükələrədən qurtarmaq üçün qətiyyət və siyasi iradəsi xalqımıza bugünkü Azərbaycanı bəxş etdi. İnsanlara daim diqqət və qayğı ilə yanaşan, gənclərin gələcəyimizin layiqli davamçıları kimi hazırlanmasını dövlət siyasətinin əsas məqsədlərindən hesab edən Ulu Öndər müasir tariximizin əbədi yaşarılıq qazanan dahilərindən, öndərləirindən idi. Onun “Həyat inkişaf edir, nəsillər nəsilləri əvəz edir. Naxçıvanda bizim partiyanı yaradanlar,- mən bunu demişəm, indi də deyirəm,- partiyanın veteranlarıdır, partiyanın qızıl fondudur. Bizim partiyada bunlara həmişə hörmət olmalıdır və onların xidmətləri həmişə yüksək qiymətləndirilməlidir” sözləri insanlara verilən ən böyük, qiymətli dəyərdir.  Eyni siyasət Prezident, ümumxalq partiyası olan YAP-ın sədri İlham Əliyev tərəfindən də davam etdirilir. Varislik prinsipinə sadiqliyini Ulu Öndərin arzusunda olduğu Azərbaycanı qüdrətli dövlətlər sırasına çıxarmaqla bildirən cənab İlham Əliyevə ümumxalq etimadının tükənməzliyi Ümummilli Liderə, onun adı ilə bağlı olan YAP-a inam və etibarın nümunəsidir.

İllər Nürəngiz həkimə xalq sevgisi qazandırıb, şəfalı əlləri ilə yuzlərlə insanı həyata qaytarıb, xalq elçisi kimi ona üz tutanlara yardım edib, dərdlərinə şərik olub, sevinclərini bölüşüb. Nürəngiz həkimə bundan sonra da uğurlar , cansağlığı arzulayırıq. Ona “Şəfalı əllər” qədər”, əsrə bərabər yaşam sevinci diləyirik.

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır