beynalxalqictimainazaret.az

Arif Məmmədov: Ümumdünya Səhiyyə təşkilatı İlham Əliyevin liderliyini alqışlayır

Tarix:4-06-2021, 15:36
Baxış Sayı:235


























Avrasiya Hospitalın mütəxəssis həkimi LOR,cərrah Dr.Arif Məmmədov - Bu, bir həqiqətdir ki, koronavirus pandemiyası başlanandan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən çox ciddi tədbirlər görülməklə yanaşı, regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Bu gün ölkənin səhiyyə sistemi qısa zamanda virusla mübarizəyə istiqamətləndirilib, xüsusi karantin rejimi tətbiq olunub, modul tipli xəstəxanalar inşa edilib, maska istehsalı fabriki açılıb, 20-dən çox müasir laboratoriya quraşdırılıb. Ölkəmizdə həm də yoluxmanın erkən aşkarlanması üçün xeyli sayda testlərin aparılması, koronavirusa yoluxmuş bütün xəstələrin xəstəxana şəraitində yüksək səviyyədə müalicə edilməsi də bu prosesin tərkib hissəsidir. Bundan başqa, xüsusi karantin rejiminin tətbiq olunduğu zaman dövlət hər bir vətəndaşının yanında olub, onların problemlərinin həllinə dəstək göstərib, maddi yardım edib. İqtisadi sabitliyi, məşğulluqla bağlı problemləri həll etmək üçün sosial-iqtisadi dəstək paketi qəbul olunub. Ən nəhayət, vaksinasiya prosesinə başlanılıb. Bütün bu proseslər isə vətəndaş sağlamlığının qorunması faktorunun dövlət üçün prioritet olduğunu göstərdi və Prezident İlham Əliyevin birbaşa nəzarəti, təşəbbüskarlığı ilə pandemiyaya qarşı mübarizə tədbirləri, atılan ümumi addımlar həm də növbəti Azərbaycan təcrübəsini yaratdı.

Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir. Bu günədək 1.4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalimizin 14 faizini təşkil edir. Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir.


Ölkəmizdə son dövrlərdə bir çox özəl tibb müəssisələri və regional tibb mərkəzləri fəaliyyət göstərir. Yeni fəaliyyətə başlayan Avrasiya Hospital- çoxprofilli ambulator və stasionar xidmətləri özündə cəmləyərək Tibb müəssisələri arasında Lider mövqelərdən birini tutur. Avrasiya hospitalın yeni binasının inşası 2011-ci ilin ortalarından başlanılmışdır.  Sağlam yaşam üçün qapılarını açan Avrasiya Hospital 9 mərtəbə olmaqla ümumi 6000 m2  sahəyə malik olan və bütün tibbi ehtiyacları qarşılaya biləcək 5* ulduzlu otel rahatlığında sizə xidmət göstərən sağlamlıq mərkəzidir! Hospitalımız 50 yataqlı cərrahi stasionar, 15 yataqlı reanimasiya şöbəsi, 4 cərrahi, 2 angioqrafiya cihazi ilə təchiz olunmuş əməliyyatxana, bütün poliklinik şöbələri özündə birləşdirir və 24 saat xidmətinizdədir.  Hospitalımızda həm təcili, həm də planlı cərrahi əməliyyatlar aparılır. 

Avrasiya Hospitalda Azərbaycanın tanınmış həkimləri, həmçinin xarici ölkələrdə təkmilləşmiş, yüksək peşəkarlığa malik uzman həkimlər xidmət göstərməkdədir. Hospitalda geniş profilli Poliklinika, Radiologiya, İnvaziv Radiologiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Ortopediya-Travmatologiya, Anesteziologiya və Reanimasiya, Nevrologiya, Kardiologiya, Endokrinologiya, LOR, Urologiya, Ginekologiya, Gastroenterologiya, Hepatologiya, Terapiya, Pediatriya, Stomatologiya, Oftalmologiya, Fizioterapiya və Reabilitasiya, Plastik, Estetik və Rekonstruktiv cərrahiyyə şöbələri fəaliyyət göstərir. Həmçinin Avrasiya Hospitalda müasir tələblərə cavab verən  İnsult Mərkəzi, Diabetik Ayaq Mərkəzi, Aritmoloji Mərkəz, Yuxu laboratoriyası, Eşitmə Mərkəzi və Estetik Mərkəz  fəaliyyət göstərməkdədir. Diaqnostika bölümündə Kompyuter Tomoqrafiya, Nüvə Maqnit Rezonans tomoqrafiya, Rentgen, Mammaqrafiya, Densitometriya, USM, EKQ, Holter, EXOKQ, Tredmil test, Endoskopiya və s. diaqnostik xidmətlər və sanitar normalara cavab verən, avropa standartlarina uyğun, müasir analizatorlarla təchiz olunmuş laboratoriyamız xidmətinizdədir.   Sağlamlığınızı peşəkarlara həvalə edin! 


  • portfolio image
  • portfolio image
  • portfolio image
  • portfolio image
  • portfolio image
  • portfolio image
  • portfolio image
  • portfolio image
  • portfolio image
  • portfolio image
  • portfolio image
  • portfolio image

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır