beynalxalqictimainazaret.az

Dilarə xanım Məmmədəliyeva: Əldə edilən uğurlar görülən işlərin nəticəsidir

Tarix:1-06-2021, 14:27
Baxış Sayı:202




















2 Nömrəli Baki baza tibb kollecin Direktoru t.e.n Dilarə xanım Məmmədəliyeva  - Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması dövlətin beynəlxalq iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu əlaqələrin yüksək temp ilə inkişafında mövcud olan faktorlardan biri kimi layihələrin inkişafında ölkəmiz etibarlı bir tərəfdaş kimi böyük uğurlara imza atmasıdır. Qazanılan müsbət imic, əldə olunan qarşılıqlı etibar və inam müstəqillik qazandığı dövrdən bu günədək Azərbaycanın iştirak etdiyi layihələrdə tərəfdaş kimi öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməsindən irəli gəlir. İqtisadi əlaqələrdə qazanılan əməkdaşlıq digər sahələrdə - siyasi və hərbi-təhlükəsizlik sahələrində də əməkdaşlıqların əldə edilməsilə nəticələnib. Layihələrin icrası, əməkdaşlığın davamlı inkişaf etdirilməsi üçün Azərbaycanın üzərinə düşən öhdəlikləri qətiyyətlə yerinə yetirməsi tərəfdaş ölkələr tərəfindən rəğbətlə qarşılanıb.

Qarşılıqlı əməkdaşlıq zamanı beynəlxalq qanunlara əməl olunması Azərbaycanı beynəlxalq aləmdəki etibarlı tərəfdaş kimi tanıtmışdır. Əsasən iqtisadi əlaqələr üzərində qurulan bu əməkdaşlıq prinsipləri Azərbaycanın enerji resurslarına digər dövlətlərin ehtiyacından irəli gəlir. Beynəlxalq enerji layihələrinin reallaşdırılması, təkcə region ölkələri deyil, Avropa dövlətlərinin də Azərbaycan neftinə və qazına olan tələbatı Azərbaycanın dünyada liderlik qabiliyyətini artırır. Düzgün aparılan xarici iqtisadi-siyasət kursumuz nəticəsində Azərbaycan dünya birliyi tərəfindən Cənubi Qafqazın ən güclü dövləti kimi qəbul edilib.

Vətən müharibəsində əldə edilən Zəfər Qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi qarşıda görüləcək abadlıq-quruculuq işləri, yeni ifrastruktur layihələrin reallaşdırılması üçün geniş imkanlar yaratmışdır. Enerji layihələrinin icrası üçün yaradılacaq yeni nəqliyyat dəhlizlərinin açılması layihələrin müvəffəqiyyətlə icrası üçün əlverişli şəraiti labüd edir. Azərbaycanın xarici siyasətinin əsasını təşkil edən etibarlı əməkdaşlığın qarşıda görüləcək işlərdə də öz əksini tapacağı heç kimdə şübhə oyatmır. Azərbaycanın əldə etdiyi uğurlar və dünya birliyində, beynəlxalq aləmdə formalaşdırdığı müsbət imic bu günədək apardığı düzgün xarici siyasətin və görülən işlərin nəticəsidir.

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır