beynalxalqictimainazaret.az

Əhliman Əliyev: “Bütün dünyaya göstərdik ki, Türkiyə- Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq”

Tarix:1-06-2021, 12:45
Baxış Sayı:205



Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Masallı rayon Sığdaş bələdiyyəsinin sədri Əhliman Əliyevdir.

Masallı rayon Sığdaş bələdiyyəsinin sədri Əhliman Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Əhliman Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Əhliman Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Əhliman Əliyevdən danışdılar yaxşı ki, Əhliman Əliyev Masallı rayon Sığdaş bələdiyyəsinin sədridir… Qərib Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir….

Əhliman Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Əhliman Əliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Əhliman Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Əhliman Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Əhliman Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Əhliman Əliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Əhliman Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Əhliman Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Masallı rayon Sığdaş bələdiyyəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Əhliman Əliyev özünü doğruldub. Bizdə hörmətli Əhliman Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Masallı rayon Sığdaş bələdiyyəsinin sədri Əhliman Əliyev - “Bütün dünyaya göstərdik ki, Türkiyə- Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq” (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev).

“Hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındayıq” (Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Təyyub Ərdoğan).

İki dövlət arasındakı münasibətləri ölkə prezidentləri qısaca belə ifadə etmişlər.

Azərbaycan- Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik olan bu iki ölkənin strateji əməkdaşlığı regiondaq sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. 2020- ci il, dekabrın 10-da Azadlıq meydanında keçirilən Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsinin zəfər paradında Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın birlikdə olması bu qardaşlıq birliyinin ən böyük təcəssümüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır və sevindirir.

Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Eyni zamanda, Azərbaycan xalqı və Azərbaycan dövləti də Türkiyə dövlətinin və xalqının yanındadır.

Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan – Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümumilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan –Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı- Tbilisi- Ceyhan neft, Bakı – Tbilisi – Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi- Qars dəmiryolununreallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.

Ən əsası, Azərbaycan –Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.

Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir.

Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.

Ölkələrimiz arasında yeni sazişlər imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən xəbər verir. Bütün bunlar isə ölkəmizin energetika sahəsində möhkəmlənən əlaqələrinin qlobal enerji təhlükəsizliyinin təminatına da yeni mühüm töhfələr bəxş edəcəyinə böyük inam yaradır.

“Azərbaycanın kədəri- kədərimiz, sevinci-sevincimizdir”, -deyən Atatürkün Azərbaycana münasibəti bu gün inkişaf edərək ən yüksək həddə çatmışdır.

Zəfər paradında Rəcəb Təyyub Ərdoğanın çıxışındakı sözlər Azərbaycanla Türkiyənin əbədi və ayrılmaz qardaşlıqlarının bariz nümunəsidir.

“Qarabağı 30 illik həsrətdən sonra Ana vətəni ilə qovuşduran Azərbaycan ordusunun şəxsi heyətini təbrik edir, onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm”.

Bu kəlmələri yalnız qardaş qardaşa deyə bilər. Var olsun Azərbaycan – Türkiyə qardaşlığı!

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır