beynalxalqictimainazaret.az

Prezident Suraxanı Rayon Məhkəməsinin yeni binasının açılışında iştirak edib - YENİLƏNİB/FOTO

Tarix:29-05-2021, 14:15
Baxış Sayı:122



Mayın 29-da Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev binanın açılışında iştirak edib.

Ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, bu binanın istifadəyə verilməsi ilə hakimlərin sosial müdafiəsi və məhkəmələrin təminatı yaxşılaşdırılıb, innovativ və rəqəmsal texnologiyaların tətbiqi genişləndirilib. “Elektron məhkəmə” vasitəsilə məhkəmə prosesində video-əlaqə ilə iştirak imkanı yaradılaraq karantin rejimində məhkəmə işlərinə onlayn qaydada baxılması mümkün olub. Bu sistemin tətbiqi ilə digər orqanlarla inteqrasiya hesabına sənədlər ani vaxt rejimində əldə edilir. “Mobil məhkəmə” tətbiqi vasitəsilə isə smartfonla sənədlər və qərarlarla məhkəməyə gəlmədən tanış olmaq, əlavə məlumat təqdim etmək mümkündür. Zallarda quraşdırılan “Femida” sistemi vasitəsilə proseslərin daha dəqiq və sürətlə protokollaşdırılması, audio-video yazısı aparılır.

Diqqətə çatdırılıb ki, digər müasir məhkəmə binalarında olduğu kimi, burada da bina inzibati və ictimai zonalara bölünür. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. İcra məmurları, dövlət ittihamçıları və vəkillər də ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.

Prezident İlham Əliyevə Masallı Məhkəmə Kompleksi barədə də məlumat verilib. Bildirilib ki, Masallı Məhkəmə Kompleksi dövlət başçısının tapşırığı ilə tikilən Masallı “ASAN Həyat” kompleksinin və Olimpiya İdman Kompleksinin yerləşdiyi ərazidə inşa edilib. Kompleksdə rayon məhkəməsi ilə yanaşı, kommersiya və inzibati məhkəmələr, o cümlədən Şirvan Apellyasiya Məhkəməsi tərəfindən bu bölgəyə aid işlərə yerində baxılacaq. Burada yaradılan müasir şərait bölgənin 1 milyon 700 min sakininin əlçatanlığına və onlara keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə hərtərəfli imkan yaradıb.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən ədliyyə sahəsində müasir çağırışlara uyğun islahatların aparılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Ölkəmizdə yeni məhkəmə binalarının inşası bu tədbirlərin tərkib hissəsidir.

***

Mayın 29-da Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev binanın açılışında iştirak edib.

Prezident Suraxanı Rayon Məhkəməsinin yeni binasının açılışında iştirak edib - YENİLƏNİB/FOTO

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır