beynalxalqictimainazaret.az

Respublika Günü müstəqillik tariximizdə əhəmiyyətli rola malikdir

Tarix:28-05-2021, 11:52
Baxış Sayı:254


Məlum olduğu kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra, bir sıra önəmli günlərin qeyd olunmasını ön planda tutdu. 28 May Respublika Günü ərəfəsində bu günün əhəmiyyətinə aydınlıq gətirən ölkə ziyalıları və siyasətçilər öz fikirlərini bizimlə bölüşdülər.

Bu gün xalqımız Azərbaycan dövlətinin müstəqilliyinin elan edilməsinin 92-ci ildönümünü qeyd edir. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası ölkənin dövlət müstəqilliyi haqqında "İstiqlal Bəyannaməsi" qəbul etdi. 24 səslə qəbul olunan qərar və 6 bənddən ibarət Bəyannamə Azərbaycan xalqının varlığını dünyaya yaydı. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı göstərilmiş, onun hakimiyyətinin şamil olduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin, dövlətin əsas prinsipləri öz əksini tapmışdır. "İstiqlal Bəyannaməsi"ndə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa məxsus olması, vətəndaşların mülki və siyasi hüquqlarının təminatı, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi prinsiplərinin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi.

Milli Şura Azərbaycan hökumətinin təşkilini bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. İlk hökuməti "Müsavat", Müsəlman Sosialist Bloku, "Hümmət", "İttihad" və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi. Bu dövrdə Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar müxtəlif qüvvələr arasında mübarizə kəskinləşirdi. Milli Şuradan kənarda qalan burjua-mülkədar dairələrinin mürtəce hissəsi Türkiyənin Azərbaycanda olan ordusunun başçısı Nuru Paşa vasitəsilə Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa cəhd etdilər. Mövcud siyasi böhranı aradan qaldırmaq üçün tərəflər arasında güzəştli bir qərar qəbul olundu: Milli Şura buraxılır, ali qanunverici və icraedici hakimiyyət F.Xoyski kabinetinin əlində cəmləşir. İyunun 17-də Gəncədə Fətəli xanın rəhbərlik etdiyi II hökumət təşkil olunur. İyunun 19-da isə Azərbaycanda yaranmış gərgin vəziyyət nəzərə alınaraq, bütün ölkə ərazisində hərbi vəziyyət elan edilir. İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərman verilir.

Osmanlıların 5-ci piyada diviziyası və general Ə.Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz-İslam Ordusu yaradılır. Nuru Paşanın rəhbərlik etdiyi bu orduya türklərdən, azərbaycanlılardan ibarət 18 min əsgər və zabit daxil idi.

Nəhayət, Qafqaz-İslam Ordusu vasitəsilə Azərbaycan hökuməti öz hakimiyyətini tezliklə yaya bilir, ucqarlarda dövlət orqanları yaratmağa başlayır. Lakin bu zaman Bakı Xalq Komissarları Sovetinin liderləri Xalq Cümhuriyyətini iyunun 10-da boğmaq üçün yollar arayırdılar. Gəncə istiqamətində yürüşlər başlandı. İyunun 12-də Kürdə respublika üsul - idarəsi seçildi. Azərbaycan xalqı özü öz dövlətçiliyini qurmaq əzmində olduğunu bildirdi. Çox təəssüf ki, tarix bu respublikaya cəmi 23 ay vaxt verdi. Amma  həmin dövrdə Azərbaycan oğulları çox mühüm işlər görə bildilər. Beynəlxalq aləmə Azərbaycan  Demokratik Cümhuriyyəti haqqında məlumat verdilər, dövlətçiliyin əsasını qoydular, Azərbaycan tarixini  bərpa etmək istiqamətində böyük addımlar atdılar. Qonşu dövlətlərlə münasibəti qaydaya salmaq istiqamətində müəyyən işlər gördülər. Ermənilərin Azərbaycan torpağına iddialarına qəti və prinsipial cavab verdilər. Sonradan  uzun illər bu dövr unudulsa da, ancaq 1988-ci ildən başlayaraq, Azərbaycan cəmiyyəti cümhuriyyət dövrünə diqqət etməyə və  həmin dövrü dərindən öyrənməyə başladı. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra  isə həmin dövr daha dərin öyrənilməyə başlandı. Heç də təsadüfi deyil ki, hazırda respublikamız 1918-1920 illərdəki xalq cümhuriyyətinin varisi sayılır. Azərbaycan ziyalıları həmin dövrdə atalarının başladığı  işləri daha layaqətlə davam etdirməyə çalışırlar. Bu gün hər bir kəs şərəflə deyə bilər ki, mənim çox zəngin keçmişim var, bu gün də həmin keçmişin əsasları üzərində qurularaq, Azərbaycan xalqının layiq olduğu bir dövlət qurulub.

Şərq xalqları arasında Azərbaycan xalqı ən demokratik, hüquqsevər, humanist bir xalqdır. Bu gün də Respublika Gününün keçirilməsi Azərbaycan vətəndaşlarının tarixi unutmadığını və öz ənənələrini daimi olaraq yaşatdığını təsdiq edir. Biz ulu öndərimiz Heydər Əliyevin bizə qoyub getdiyi mirası qoruyub saxlamalı və bu yolda daim birgə addımlamalıyıq. Məhz bu müstəqilliyimiz bu gün də qorunub saxlanılır, bu da Azərbaycanın dövlətçilik ənənələrinin indi də yaşadığının göstəricisidir. Bu gün Azərbaycan dövlətçilik tarixində mühüm yer tutur. Belə ki, həmin dövrə nəzər salsaq, görərik ki, Azərbaycan Cümhuriyyəti Cənubi Qafqazda ilk respublika idi. Belə bir günün bu gün də qeyd olunması Azərbaycan tarixinə verilən dəyərdir. Bu onu göstərir ki, Azərbaycanın qədim dövlətçilik və idarəçilik tarixi vardır.

Mürsəl Eminov 

Binəqədi bələdiyyəsinin sədri 


20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır