beynalxalqictimainazaret.az

Hacı Tahir Abbasov: Şuşa mədəniyyətimizin beşiyidir

Tarix:17-05-2021, 01:43
Baxış Sayı:224



















İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov  - Ölkəmizin mədəniyyət beşiyi sayılan Şuşa tarixən Azərbaycanın ictimai-siyasi və tarixi-mədəni mərkəzlərindən biri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il mayın 7-də “Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi haqqında” çox mühüm Sərəncam vermişdir. Bu Sərəncam Şuşa şəhərinin yeni statusunun bərpası, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, onun əvvəlki şöhrətinin özünə qaytarılması işinə xidmət edir.



















Məlumdur ki, 1992-ci il mayın 8-də Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal edilmiş, bu müddət ərzində burada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dan çox mədəniyyət və tarixi abidə, 22 ümumtəhsil məktəbi, orta ixtisas musiqi məktəbi, turizm bazası, şəhər musiqi alətləri fabriki dağıdılmış, məbədgah və məscidlər təhqir edilmiş, 20-dən çox kitabxana yandırılmışdır. Bu, tarixi vəhşiliyin ən iyrənc nümunəsidir.
Ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədalət bərpa edilmiş, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilmişdir. Tarixi mədəniyyət mərkəzimiz olan Şuşanın qorunması Ulu Öndər Heydər Əliyevin həmişə diqqət mərkəzində olmuş, hələ 1977-ci ildə onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarixi-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. 1982-ci ilin 15 yanvarında Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı Ulu Öndərimzin bu sahədə ən mühüm tarixi xidmətlərindən biridir.
Möhtərəm Prezident cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, qızları Leyla Əliyevanın Şuşa səfəri zamanı ziyarət etdikləri – Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa və Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev-muzeyi, Vaqifin türbəsi, Cıdır düzü - bunların hamısı bu şəhərin Azərbaycan xalqına məxsusluğunu sübut edir.
Bütün bunlar onu göstərir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna dəyərə malik olması Şuşaya xüsusi qayğı və diqqətin göstərilməsini tələb edir.
Bəli, doğma Şuşa artıq yüksək inkişaf yolundadır və onun sabahı daha parlaq və nurlu olacaqdır.

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır