beynalxalqictimainazaret.az

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyevin işi göz qabağındadır

Tarix:12-03-2021, 12:12
Baxış Sayı:186




















Paytaxtın Nizami rayonunda ingilis layihəsinin tətbiqinə uğurla başlandı


















2019-cu ilin iyul ayından Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə paytaxtın Nərimanov rayonunda həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı pilot layihənin uğuru imkan verdi ki, bu layihənin növbəti mərhələsinə keçilsin. Görülən işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində Nərimanov rayonunda xeyli irəliləyişlər əldə olunub. Bununla əlaqədar müqavilə şərtlərinə uyğun olaraq mart ayının 1-dən etibarən paytaxtın Nizami rayonu da bu layihəyə qoşulmuşdur.
İşlərə hazırlıq ərəfəsində Nizami rayonunda 380 ədəd konteyner meydançası yaradılib, bura  2 rəngdə - yaşıl və narıncı rəngli yeni, müasir konteynerlər quraşdırılıb. Rayonda əhali arasında maarifləndirmə işləri aparılır. Sakinlərin rahatlığı üçün hər mənzilə yaşıl və narıncı rəngli çeşidləyici paketlər və izahedici bukletlər paylanılıb, bloklara, həyətlərə, binalara maarifləndirici posterlər yapışdırılıb.
İlkin mərhələdə Bakı Şəhər və Nizami Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və “Regional İnkişaf” İctimai Birliyinin  könüllüləri təbliğat və izahetmə işlərində yaxından iştirak edirlər.
Hazırlıq işləri çərçivəsində Nizami rayonunun kommunal xidmət əməkdaşları Nərimanov rayonunda bu layihənin uğurlu tətbiqinin təcrübəsini yaxından öyrənib, kommunal təsərrüfatı işçiləri və könüllülər müvafiq qaydada təlimatlandırılıblar.
Görülən tədbirlərin nəticəsi kimi yeni layihənin Nizami rayonunda tətbiqinin ilk günlərindən müsbət nəticələr əldə edilib. Belə ki, əgər Nərimanov rayonunda layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantının həcmi bir gündə 4 ton, sonradan isə tədricən 6 və 8 ton olmuşdusa, Nizami rayonunda ilk gündə 12 ton çeşidlənmiş tullantı yığılaraq yığım məntəqəsinə təhvil verilib. Bu da ilk növbədə, Nərimanov rayonunda əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda Nizami rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər ki, onlara da öz minnətdarlığımızı bildiririk.
Layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına  və iqtisadi səmərə əldə olunmasına xidmət edəcəkdir.




























































































































Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən Rafael Mehrəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Rafael Mehrəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Sorğu apardıq ağız dolusu Rafael Mehrəliyevdən danışdılar yaxşı ki, Rafael Mehrəliyev Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi təyin olunub… Rafael Mehrəliyev öz isguzarlığı ilə tanınır və seçilir….Rafael Mehrəliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə Rafael Mehrəliyevi heç vaxt əqidəsindən döndərə bilməz. Rafael Mehrəliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! Rafael Mehrəliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir! Rafael Mehrəliyev ani və düzgün qərar qəbul edən insanlardandı! Prezident İlham Əliyevdən nümunə götürən Rafael Mehrəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! Rafael Mehrəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Rafael Mehrəliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Rafael Mehrəliyev özünü doğruldub. Bizdə hörmətli Rafael Mehrəliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır