beynalxalqictimainazaret.az

Şakir İmanov: Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib

Tarix:11-03-2021, 21:31
Baxış Sayı:167



Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov - Yeni Azərbaycan Partiyasının keçirilən VII qurultayında daha yeni bir ilkə imza atıldı. Belə ki, ölkəmizin siyasi tarixində partiyaların konslidasiyası məsələsi gündəmə gəldi. Adətən daha çox xarici ölkələrdə baş verən partiyaların birləşməsi məsələsi Azərbaycanda da reallaşdı. YAP-ın VII qurultayında 6 siyasi partiya bu partiyaya qoşulması haqqında müraciəti müsbət dəyərləndirildi və aşağıdakı partiyalar Yeni Azərbaycan Partiyasına birləşdi: Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası. Bu milli həmrəyliyin bir təzahür forması olmaqla bərabər, həm də ölkəmizdə partiyalararası dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcəkdir. Partiyaların təmərküzləşməsi siyasi alət olaraq güclərin birləşməsinə və maraqların eyni müstəvidə fokuslanmasına səbəb olacaqdır.

6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü də məhz milli həmrəylik müstəvisində qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapmaqdadır. Çünki bu birləşmə həm də siyasi inteqrasiya prosesinin əsasını qoydu. Gələcəkdə başqa siyasi partiyaların da hakim partiyaya birləşməsi gözlənilən bir hadisədir. Çünki məhdud resurslara malik olan partiyaların, kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaqdır.

Azərbaycanda resurslarına və imkanlarına görə kifayət qədər gücü olan YAP yeni siyasi inteqrasiya proseslərinin mərkəzində durur. Nisbətən zəif və imkanları kifayət qədər az olan partiyaların konslidasiyası prosesi qaçılmazdır. Bütün dünyada iki və üç siyasi güc mərkəzi olur. Bunlar hakim partiya, sağçılar və solçulardır. YAP-a qoşulan altı siyasi partiya, həm birləşdikləri partiyaya olan inamını təsdiqləyirlər, həm də milli həmrəyliyin nümunəsini sərgiləyirlər.


Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində betonlama işləri aparılır




Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Odur ki, torpaqların su təminatı üçün ardıcıl tədbirlər görülür, suvarma şəbəkələri genişləndirilir, su sistemlərində təmir-bərpa işləri həyata keçirilir.
Ölkəmizin əsas suvarma kanallarından olan Yuxarı Qarabağ kanalı Qarabağ və Mil düzlərinin suvarılmasında mühüm rol oynayır. 1958-ci ildə istifadəyə verilən Yuxarı Qarabağ kanalı mənbəyini Mingəçevir su anbarından öz axımı ilə götürür. Uzunluğu 172,4 kilometr olan kanal 6 rayonun ərazisindən keçməklə, 11 rayonun 130 min hektar əkin sahəsinə xidmət edir. 26 min hektar əkin sahəsi kanalüstü ərazilərə düşdüyündən nasoslarla, 104 min hektar əkin sahəsi isə öz axımı ilə paylayıcılar vasitəsilə suvarılır. Yay aylarında Araz çayında su çatışmazlığı olduqda Yuxarı Qarabağ kanalından Bəhramtəpə hidroqovşağına saniyədə 25-30 kubsaniyə su ötürülür. Bu da Saatlı, Sabirabad, İmişli, Biləsuvar, Cəlilabad rayonlarının əkin sahələrini su çatışmazlığından xilas edir.
Yuxarı Qarabağ kanalı torpaq məcralı olduğundan su itkisinin qarşısını almaq üçün mütəmadi olaraq bəndbərkitmə işləri aparılır, dambaların alçaq və ensiz yerlərinə torpaq daşınıb tökülür, daxili yamaclarda isə betonlama işləri həyata keçirilir. 2020-ci ildə 55 ədəd hidrotexniki qurğu, 17 ədəd hidrometrik post təmir edilib. Kanalın 2 min kvadratmetr koldan təmizləmə, 140 min kvadratmetr dırmıxla təmizləmə, 2100 kubmetr əllə lildəntəmizləmə, 350 min kubmetr mexanizmlə təmizləmə, 320 min kubmetr torpaq mühafizə bəndlərinin təmiri işləri görülüb.
Yuxarı Qarabağ kanalında hazırda su itkisini minimuma endirmək və qarşıdan gələn yaz-yay suvarma mövsümünə hazırlıq məqsədilə təmir tikinti işləri davam etdirilir. Kanalın Yevlax rayonunun Malbinəsi kəndi ərazisindən keçən hissəsində betonlama işləri yekunlaşıb. Kanalın Bərdə rayonu ərazisində, Yevlax-Bərdə avtomobil körpüsünün giriş və çıxış hissələrində beton üzlüyə alınması işləri aparılır. Bərdə rayonunun 11-ci paylayıcı hissəsində sipərlərin dəyişdirilməsi, səviyyəqaldıran qurğunun təmiri və Ağcabədi rayonunda sudüşürən qurğunun çıxış hissəsinin betonlanması işləri həyata keçirilir.





20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır