Nigeriya sularında sərnişin gəmisi çevrilib.
"Gəminin batmasına səbəb tutumundan 2 dəfə çox yüklənməsi olub. Belə ki, gəminin sərnişin tutumu 80 nəfərlik olsa da, göyərtəsinə 160 nəfər qalxıb. Nigeriyadakı Niger çayında batan gəmidəki.sərnişinlərdən 22-si sağ olaraq sudan çıxarılıb.
İnsident nəticəsində bir nəfərin ölümü təsdiqlənib. Qalanları isə itkin düşmüş sayılır.
Faciə qurbanlarının sayının artacağı gözlənilir.