İki gün davam edən Avropa İttifaqı Liderlər Zirvəsi başa çatıb.
Xarici KİV xəbər verir ki, koronavirus pandemiyası və iqlim dəyişikliyinin müzakirə olunduğu görüşdə Aİ liderləri yoxsul ölkələrə vaksin bağışlamaqla bağlı razılığa gəliblər.
Bildirilib ki, ilin sonunadək yoxsul ölkələrə 100 milyon doz vaksin göndəriləcək.
Liderlər BMT-nin aşağı və orta gəlirli ölkələrin vaksinə əlçatanlığını təmin etməyə yönəlmiş proqramını dəstəklədiyini bir daha bildiriblər.