beynalxalqictimainazaret.az

Hafiz Kərimov: Qərəzli münasibət sülhə təhdiddir

Tarix:21-11-2023, 10:24
Baxış Sayı:70

Hafiz Kərimov: Qərəzli münasibət sülhə təhdiddir


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov - ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilmiş Qarabağ dinləmələri, eləcə də orada ölkənin Dövlət Departamenti rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, yumşaq desək, obyektivlikdən çox uzaqdır. ABŞ Senatının  Azərbaycanla bağlı Azadlığa Dəstək Aktına edilən 907-ci   düzəlişin dayandırılmasını nəzərdə tutan və Amerika hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edən S.3000 qanun layihəsini təsdiqləməsi də belə qərəzli münasibətin növbəti təzahürüdür.  Özünü demokratiyanın, insan hüquq və azadlıqlarının beşiyi sayan Birləşmiş Ştatların ali qanunverici orqanında tam bir hegemonluq ab-havası hökm sürür. Konqresmenlər avantürist çıxışları ilə Ermənistanı müdafiə müstəvisində Azərbaycana və Türkiyəyə yönəlik sərsəm fikirlər səsləndirir, Dövlət Departamentinin rəsmisi isə təmsil etdiyi dövlətin Cənubi Qafqaz regionu ilə bağlı ermənipərəst, beynəlxalq hüququ heçə sayan, ikili standartlara əsaslanmış mövqeyini ortaya qoyur.
Görünən odur ki, son zamanlar ABŞ başda olmaqla, kollektiv Qərb Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi baxımından “erməni sevdasını” üzə çıxarır. Bu siyasətin kökü çox uzaqlara gedir. Mövcud tendensiyanın ən müxtəlif təzahürləri isə diqqətdən yayınmır. Lakin Birləşmiş Ştatların hakimiyyət komandası dərk etməlidir ki, Azərbaycanla təhdid dili ilə danışmaqla istəklərinə nail ola bilməyəcəklər. Elə bu səbəbdən də Azərbaycanın Konqresdə keçirilmiş dinləmələrə sərt, qətiyyətli mövqeyi ABŞ-nın ölkəmizə qarşı selektiv və qərəzli mövqeyinə  məntiqli etiraz kimi dəyərləndirilməlidir. Azərbaycan XİN-in bəyanatı belə neqativ təmayülə qarşı tutarlı cavabdır. 
Bu dinləmələr Azərbaycan–Amerika münasibətlərinə zərbədir. Vaşinqtonun ölkəmizlə qarşılıqlı əməkdaşlıq dairəsinin onun Ermənistanla münasibətləri çərçivəsindən qat-qat geniş olmasına baxmayaraq, guya Bakı–İrəvan münasibətlərinin tənzimlənməsinə çalışan Birləşmiş Ştatlar, əslində, tam ədalətsiz tərəf kimi görünür. Halbuki, ölkəmiz Birləşmiş Ştatların bütün regional təşəbbüslərində, xüsusən də beynəlxalq terrorizmlə mübarizədə yaxından iştirak edib, bütün proseslərdə Cənubi Qafqazdakı maraqları hər zaman nəzərə alınıb.
Ona görə də düşünürəm ki, belə davranışla Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərdə nəyi itirəcəyinin fərqinə varmalıdır. Artıq aydındır ki, ABŞ təkcə Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi müstəvisində deyil, ümumiyyətlə dünya üzrə ədalətli vasitəçi olmaq şansını itirib. Çünki Vaşinqtonun bundan sonra beynəlxalq hüququn norma və prinsiplərinə riayət edəcəyi, mövcud  istiqamətdə manipulyasiyalara yol verməyəcəyi böyük şübhə altındadır. O’Braynın Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yeni qondarma şərtlər barədə danışması bunu deməyə əsas verir. Ağ Ev administrasiyası heç bir halda unutmamalıdır ki, 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan arasında yaşananlar, o cümlədən, Qarabağla bağlı baş verənlər neqativ proseslər Paşinyan komandasının sülhün yaranmasında qeyri-konstruktiv mövqeyinin nəticəsidir. Əlahəzrət fakt qarşısında isə hər kəs öz vicdanının səsinə qulaq asmağı bacarmalıdır.
Əsas vacib məqam isə odur ki, Cənubi Qafqaz regionundan məsafəcə çox uzaq olan ABŞ-nın davranışları son nəticədə böyük əziyyət və qurbanlar hesabına formalaşmaqda olan bölgə təhlükəsizliyinin pozulmasına gətirib çıxara biləcəyinə dair ehtimalları gündəmə gətirir. 
ABŞ isə yaranmış vəziyyəti fürsət bilərək, özünün geosiyasi məqsədləri üçün Kapitolidəki dirijor çubuğunu işə salaraq region ölkələri ilə diktə dilində danışmaq məqsədini nümayiş etdirir. Lakin beynəlxalq erməni mafiyasının maliyyə mənbələrindən bəhrələnən ABŞ konqresmenlərinə və digər siyasi işbazlara bir daha xatırlatmaq yerinə düşər ki, Cənubi Qafqaz bölgəsində yeni reallıqlar yaratmış güclü və qüdrətli  Azərbaycan heç zaman heç bir xarici qüvvənin vassalına çevriməyəcək. Dövlətimiz heç bir digər xarici ölkə ilə şaquli münasibətlər formatında əməkdaşlıq etmək fikrində deyil, hər kəs üçün məqbul sayıla biləcək ədalətli, üfüqi əlaqələrə üstünlük verir. 
Sonda bütün bu söylənənlərin fonunda böyük qürur və inam hissi ilə qeyd etmək istərdim ki, bu gün ölkəmiz Prezidenti İlham Əliyevin müdrik daxili və xarici siyasi kursu əsasında öz müstəqilliyini və ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, mümkün  təhdidləri qətiyyətlə neytrallaşdırmaq və regionda sülhün və əmin-amanlığın təmin olunması naminə qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün kifayət qədər imkanlara malik bir dövlətdir. 


20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır