beynalxalqictimainazaret.az

Qara müəllim əhalinin sevimlisinə çevrilməyi bacardı

Tarix:25-11-2021, 15:40
Baxış Sayı:145

Qara müəllim əhalinin sevimlisinə çevrilməyi bacardı


Nəsimi Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayevin fəaliyyətində ən ali məqam Ali baş komandana və nazirə sədaqət , xalqa hörmət və ehtiramdır.

Nəsimi rayonunda asayişin təmin edilməsində, cinayətkarlıqla mübarizədə polis son illər əzmlə çalışır. Sözsüz ki, bu uğurların təmin olunmasında peşəkar polis işçisi, fəaliyyətini dövlətə və xalqa şərəflə xidmət prinsipləri üzərində quran polis rəisi Qara Abdullayevin əməyi misilsizdir. Rayonumuza polis rəisi təyin olunduqdan qısa müddət ərzində bir çox açılmamış cinayət əməllərini isti izlərlə açan peşəkar insan Qara müəllim əhalinin sevimlisinə çevrilməyi bacardı. Bəşəriyyətin bəlası olan narkomaniyaya qarşı amansız mübarizə aparan rəis bu sahədə ciddi uğurlara əl ataraq hamımızın rəğbətini qazandı. Onun rəhbərliyi dövründə oğurluq və qətl hadisələri əsaslı şəkildə azalmış oldu. Bütün bu sadaladığımız faktlar Qara müəllimin peşəkar polis işçisi kimi gecə-gündüz çalışması hesabına baş vermişdir.

Qara müəllim əsl polis işçilərinə məxsus sərt intizama, dəmir iradəyə malik olmaqla yanaşı, həmdə əhali ilə təmaslarda sadə davranışa malik bir insandır. Bu rayonda istənilən vətəndaşı dinəlməyi və maksimum olaraq onların problemlərini yoluna qoymağı hədəfləyən rəis bu alicənab davranışları hesabına ağsaqqalların, ziyalıların və bütün kateqoriyadan olan insanların rəğbətini qazanmışdır. Mütəmadi olaraq, yerlədə vətəndaşları dinləyən Qara müəllim ona ünvanan müraciətlərə həssaslıqla yanaşır. Bu gün rayonumuzda qanunun aliliyinin təmin olunmasında, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında müsbət dinamika müşahidə olunur. Məktəblərdə Qara müəllimin birbaşa təşəbbüsü və iştirakı ilə maarifləndirici görüşlər keçirilir. Narkomaniyanın fəsadları, erkən nigahların mənfi tendensiyaları, dini radikalizmin qlobal bir bəla olduğu şagirdlərə aşılanır.

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır